CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah Bakıda 39 dərəcə isti olacaq

© AP Photo / Darko VojinovicBakıda kişi qazonu sulayır, arxiv şəkli
Bakıda kişi qazonu sulayır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.08.2022
Abunə olmaq
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Mülayim şərq küləyi əsəcək.
BAKI, 13 avqust-Sputnik. Avqustun 14-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında günəşli hava olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 40-50 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.
Xəbər lenti
0