https://sputnik.az/20220813/randan-azerbaycana-narkotik-kecirilmesinin-qarsisi-novbeti-defe-alinib-444971603.html
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı növbəti dəfə alınıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı növbəti dəfə alınıb
Sputnik Azərbaycan
Çaxırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində... 13.08.2022, Sputnik Azərbaycan
2022-08-13T14:36+0400
2022-08-13T14:36+0400
2022-08-13T15:00+0400
narkotik
azərbaycan xəbərləri
göytəpə sərhəd dəstəsi
dsx
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441636363_0:53:1024:629_1920x0_80_0_0_5fe7be678e454cb0df5a0033af5697f3.jpg
BAKI, 13 avqust-Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.Bildirilir ki, avqust ayının 12-i saat 14:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Çaxırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkalanıb.Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti yaxınlığında sahibsiz halda gizlədilən 1 kisədə 8 ədəd bağlamada, ümumi çəkisi təxminən 16 kq 675 qram narkotik vasitəyə bənzər maddələr (3 kq 170 qram tiryək, 13 kq 505 qram marixuana) aşkar olunaraq götürülüb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441636363_58:0:966:681_1920x0_80_0_0_69195a08d545d1c3d3cc9ccbbfc8abfb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
narkotik, göytəpə sərhəd dəstəsi, dsx
narkotik, göytəpə sərhəd dəstəsi, dsx
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı növbəti dəfə alınıb
14:36 13.08.2022 (Yenilənib: 15:00 13.08.2022) Çaxırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkalanıb.
BAKI, 13 avqust-Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilir ki, avqust ayının 12-i saat 14:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Çaxırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkalanıb.
Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti yaxınlığında sahibsiz halda gizlədilən 1 kisədə 8 ədəd bağlamada, ümumi çəkisi təxminən 16 kq 675 qram narkotik vasitəyə bənzər maddələr (3 kq 170 qram tiryək, 13 kq 505 qram marixuana) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.