Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Qiymətlər necə dəyişib

Abunə olmaq
Ekspertlər növbəti aylarda ölkəmizdə ərzaqların qiymətinin bahalaşmasını gözləmirlər.
Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, mal, qoyun və toyuq ətinin, qatılaşdırılmış şəkərli südün, xamanın, yumurtanın, bitki yağlarının, limonun, pomidorun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, kola içkisinin, limonadın, pivənin qiymətlərində olub. Bu barədə Dövlt Statistika Komitəsiinin hesabatında deyilir.
Ucuzlaşma isə əsasən təzə balığın, bananın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, xiyarın, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, çuğundurun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında növbəti aylarda ölkəmizdə ərzaqların qiymətinin bahalaşmasını gözləmir:
"Dünyada ərzağın ucuzlaşması Azərbaycanda daxili bazarda qiymətlərə dərhal təsir göstərmir. Bunun daxili bazarda qiymətlərə təsiri üçün bir neçə ay vaxt lazımdır. Dünyada ərzaq qiymətləri ölkə daxilində qiymətlərə təsir göstərir. Yaxın bir neçə ayda Azərbaycanda bəzi ərzaqların ucuzlaşacağını görə biləcəyik".
Xatırladaq ki, cari ilin iyul ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 0,5 faiz, əvvəlki ilin iyul ayına nisbətən 13,7 faiz artıb.
Xəbər lenti
0