Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Moskvada tank biatlonu başlanıb - Hərbçilərimizə uğurlar!

© AR Ministry of Defence“Tank biatlonu” müsabiqəsinin final mərhələsi, arxiv şəkli
“Tank biatlonu” müsabiqəsinin final mərhələsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.08.2022
Abunə olmaq
"Beynəlxalq Ordu Oyunları-2022" yarışları 12 dövlətin ərazisində keçiriləcək - Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Venesuela, Vyetnam, İran, Hindistan, Qazaxıstan, Çin, Rusiya, Özbəkistan.
BAKI, 13 avqust - Sputnik. Bu gün Rusiyanın Moskva şəhərinin Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2022" yarışları çərçivəsində "Tank biatlonu" müsabiqəsi keçirilir.
Yarışlarda iştirak edəcək komandaların püşkatma mərasimi avqustun 9-da keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 13-də - yarışların birinci günündə çıxış edirlər. Komandamız Monqolustandan olan tank heyəti ilə yarışır.
Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak etmək üçün Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti ölkəmizə gəliblər.
Xatırladaq ki, "Beynəlxalq Ordu Oyunları-2022" yarışları 12 dövlətin ərazisində keçiriləcək: (Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Venesuela, Vyetnam, İran, Hindistan, Qazaxıstan, Çin, Rusiya, Özbəkistan). İlk dəfə olaraq Cənubi Amerika materikində oyun yarışlarından biri keçiriləcək.
Xəbər lenti
0