Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi qulluqçularımız “Tank biatlonu”na necə başladı - FOTO

© AR Ministry of DefenceHərbi qulluqçularımız “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar
Hərbi qulluqçularımız “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar - Sputnik Azərbaycan, 1920, 13.08.2022
Abunə olmaq
"Beynəlxalq Ordu Oyunları-2022" yarışları 12 dövlətin ərazisində keçiriləcək - Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Venesuela, Vyetnam, İran, Hindistan, Qazaxıstan, Çin, Rusiya, Özbəkistan.
BAKI, 13 avqust - Sputnik. Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində hərbi qulluqçularımız ilk yarışa başlayıblar. Müdafiə nazirliyindən verilən xəbərə görə,
Azərbaycan tankçılarının birinci heyəti müsabiqənin “Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparıblar.
© AR Ministry of DefenceHərbi qulluqçularımız “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar
Hərbi qulluqçularımız “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar - Sputnik Azərbaycan, 1920, 13.08.2022
Hərbi qulluqçularımız “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar
Komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 13-də - yarışların birinci günündə çıxış ediblər.
Şərti hədəfləri sərrast atəşlə məhv edən komandamız marşrut üzrə müəyyən olunmuş məsafəni qət ediblər.
© AR Ministry of DefenceHərbi qulluqçularımız “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar
Hərbi qulluqçularımız “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar - Sputnik Azərbaycan, 1920, 13.08.2022
Hərbi qulluqçularımız “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar
Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak etmək üçün Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti ölkəmizə gəliblər.
Xatırladaq ki, "Beynəlxalq Ordu Oyunları-2022" yarışları 12 dövlətin ərazisində keçiriləcək: (Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Venesuela, Vyetnam, İran, Hindistan, Qazaxıstan, Çin, Rusiya, Özbəkistan). İlk dəfə olaraq Cənubi Amerika materikində oyun yarışlarından biri keçiriləcək.
Xəbər lenti
0