Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Həmyerlimizin filmi “Locarno” Film Festivalında mükafat alıb

© Photo : Instagram / ucqarfilmHilal Baydarov
Hilal Baydarov - Sputnik Azərbaycan, 1920, 13.08.2022
Abunə olmaq
Filmin çəkiliş qrupu İsveçrədə keçirilən beynəlxalq kinofestivalın əsas proqramında öz işlərini təqdim edib.
BAKI, 13 avqust - Sputnik. Azərbaycanlı rejissor Hilal Baydarovun “Balıqlara Xütbə” filmi 75-ci “Locarno” Film Festivalında mükafata layiq görülüb. Əsas proqrama daxil edilmiş filmdə Rəna Əsgərova, Orxan İskəndərli, Hüseyn Nəsirov çəkiliblər. Əsərin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcandır.
Qeyd edək ki, “Balıqlara xütbә” filmi bir müddət əvvəl Türkiyənin TRT kanalı tәrәfindәn keçirilәn yarışmanın qaliblәrdәn biri olub və “Beynәlxalq ortaq istehsal” mükafatına layiq görülüb.
Səsvermənin nəticələrinə görə, film kinoforumun münsiflər heyəti tərəfindən xüsusi mükafata layiq görülüb.
Müsaviqənin əsas mükafatı olan “Qızıl bəbir” isə “Uyğunsuz” filminə görə avstriyalı kinorejissor Nikolaus Geirhalterə nəsib olub.
Filmin çəkilişlərinə Azərbaycan, Meksika, İsveçrə və Türkiyə mütəxəssisləri cəlb olunublar.
“Locarno” Film Festivalı İsveçrənin ən mühüm, Avropanın isə ən məşhur film festivallarından biridir. “Kann”, “Venesiya” və “Berlin”dən sonra dördüncü ən əhəmiyyətli Avropa film festivalı hesab olunur. “Locarno” 1946-cı ildən etibarən hər il avqustda İsveçrənin Lokarno şəhərində keçirilir. Festivalın baş mükafatı “Ən yaxşı film”ə görə verilən “Qızıl Bəbir”dir.
Hilal Baydarov kimdir?
O, kino dərslərini macar rejissor Bela Tarrdan alıb. Onun debüt filmi 2018-ci ildə - yayımlanan "Adsız yüksəkliklər"dir. Filmin premyerası Monreal film festivalında olub. Eyni ildə, Hilal Sarayevo film festivalında "Ad günü" filmi ilə iştirak edib və Docu Talent mükafatını qazanıb.
Rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi İtaliyada keçirilən 77-ci Venesiya Film Festivalında nümayiş olunub. Film müstəqil Azərbaycan kino tarixində ilk dəfə A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb. Bundan başqa, "Səpələnmiş ölümlər arasında" bədii filmi "Korkut Ata" (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalının "Ən yaxşı film" nominasiyası üzrə mükafatına layiq görülüb.
Xəbər lenti
0