https://sputnik.az/20220813/ermeniler-yene-texribata-el-atdi-444973186.html
Ermənilər yenə təxribata əl atdı
Ermənilər yenə təxribata əl atdı
Sputnik Azərbaycan
Müdafiə nazirliyi bir daha xəbərdarlıq edib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə görə bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi... 13.08.2022, Sputnik Azərbaycan
2022-08-13T14:02+0400
2022-08-13T14:02+0400
2022-08-13T14:02+0400
hərbi
ermənistan
atəşkəs
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/41223/47/412234711_0:15:1921:1095_1920x0_80_0_0_e030fc307322e3a2ceeb91c715617740.jpg
BAKI, 13 avqust - Sputnik. Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ordumuzun mövqeləri ümumilikdə 8 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.Qeyd olunur ki, bunlardan 7-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Çəmbərək, Tovuzqala və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər, Gədəbəy, Tovuz və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verib:"Digər 1 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur".Nazirliyin məlumatında deyilir ki, bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb:"Silahlı insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib".Nazirlik bəyan edib ki, son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41223/47/412234711_25:0:1732:1280_1920x0_80_0_0_8c78a7841a320ab8f4373fb9a3e1d36d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, atəşkəs, müdafiə nazirliyi
ermənistan, atəşkəs, müdafiə nazirliyi
Ermənilər yenə təxribata əl atdı
Müdafiə nazirliyi bir daha xəbərdarlıq edib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə görə bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.
BAKI, 13 avqust - Sputnik. Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ordumuzun mövqeləri ümumilikdə 8 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Qeyd olunur ki, bunlardan 7-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Çəmbərək, Tovuzqala və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər, Gədəbəy, Tovuz və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verib:
"Digər 1 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur".
Nazirliyin məlumatında deyilir ki, bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb:
"Silahlı insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib".
Nazirlik bəyan edib ki, son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.