https://sputnik.az/20220813/doyus-tapsiriqlari-operativ-icra-olunmalidir---zakir-hesenov-444967973.html
Döyüş tapşırıqları operativ icra olunmalıdır - Zakir Həsənov
Döyüş tapşırıqları operativ icra olunmalıdır - Zakir Həsənov
Sputnik Azərbaycan
Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Azərbaycan Ordusunun bölmələri tərəfindən keçirilən “Qisas” cavab əməliyyatı təhlil edilib. 13.08.2022, Sputnik Azərbaycan
2022-08-13T11:49+0400
2022-08-13T11:49+0400
2022-08-13T11:49+0400
hərbi
müdafiə naziri zakir həsənov
müşavirə
əməliyyat
qisas
https://cdnn1.img.sputnik.az/img/07e6/07/02/443619733_0:0:1000:563_1920x0_80_0_0_93ea0cd2f16380d57df4b2101b47407f.jpg
BAKI, 13 avqust-Sputnik. Avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələri, həmçinin döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılması ilə bağlı tələb və tapşırıqlarını müşavirə iştirakçılarının diqqətinə çatdırıb.Müşavirədə Azərbaycan Ordusunun bölmələri tərəfindən keçirilən “Qisas” cavab əməliyyatı təhlil edilib. General-polkovnik Z.Həsənov Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki mövcud əməliyyat şəraiti ilə bağlı göstərişlər verib.Nazir Laçın dəhlizindən istifadə üçün yeni çəkilən yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.Müdafiə naziri bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə saxlanılması məqsədilə qoşunların gündəlik xidməti-döyüş fəaliyyətinin, eləcə də keçirilən təlimlərin keyfiyyətinin və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsini tapşırıb.Qoşunlarda aparılan qışa hazırlıq işləri ilə əlaqədar məsul şəxslərin məruzələrini dinləyən general-polkovnik Z.Həsənov dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə xüsusi diqqət yetirilməsini, o cümlədən döyüş texnikasının və silahların mövsümə uyğun istismara hazırlanmasının yüksək səviyyədə təşkil olunması barədə müvafiq göstərişlər verib.Şəxsi heyətin nizam-intizamı, mənəvi-psixoloji durumu barədə danışan müdafiə naziri təlim-tərbiyə işinin təşkili istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. İnformasiya təhlükəsizliyinin qorunması, o cümlədən xidməti məlumatların, hərbi və dövlət sirlərinin sosial şəbəkələrdə yayılmasının yolverilməz olması barədə maarifləndirici söhbətlərin aparılmasının vacibliyini qeyd edib. Nazir nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozanlara qarşı qətiyyətli tədbirlərin davam etdirilməsini tapşırıb.Müşavirənin sonunda gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarına ciddi riayət olunmasını vurğulayan general-polkovnik Z.Həsənov hərbi qulluqçuların sağlamlığının qorunması, qoşun xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də mühəndis təminatı üzrə zəruri tədbirlərin davam etdirilməsinin vacibliyini bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırıb və qarşıda duran bütün tapşırıqların operativ həll edilməsini əmr edib.
https://sputnik.az/20220803/stenilen-terror-ve-texribatin-qarsisi-qetiyyetle-alinacaq-cavab-sarsidici-olacaq---mn-444672014.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/02/443619733_27:0:1000:730_1920x0_80_0_0_a7f05487bcf8447a6374bb97b73e641b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
müdafiə naziri zakir həsənov, müşavirə, əməliyyat, qisas
müdafiə naziri zakir həsənov, müşavirə, əməliyyat, qisas
Döyüş tapşırıqları operativ icra olunmalıdır - Zakir Həsənov
Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Azərbaycan Ordusunun bölmələri tərəfindən keçirilən “Qisas” cavab əməliyyatı təhlil edilib.
BAKI, 13 avqust-Sputnik. Avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələri, həmçinin döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılması ilə bağlı tələb və tapşırıqlarını müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Müşavirədə Azərbaycan Ordusunun bölmələri tərəfindən keçirilən “Qisas” cavab əməliyyatı təhlil edilib. General-polkovnik Z.Həsənov Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki mövcud əməliyyat şəraiti ilə bağlı göstərişlər verib.
Nazir Laçın dəhlizindən istifadə üçün yeni çəkilən yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Müdafiə naziri bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə saxlanılması məqsədilə qoşunların gündəlik xidməti-döyüş fəaliyyətinin, eləcə də keçirilən təlimlərin keyfiyyətinin və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsini tapşırıb.
Qoşunlarda aparılan qışa hazırlıq işləri ilə əlaqədar məsul şəxslərin məruzələrini dinləyən general-polkovnik Z.Həsənov dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə xüsusi diqqət yetirilməsini, o cümlədən döyüş texnikasının və silahların mövsümə uyğun istismara hazırlanmasının yüksək səviyyədə təşkil olunması barədə müvafiq göstərişlər verib.
Şəxsi heyətin nizam-intizamı, mənəvi-psixoloji durumu barədə danışan müdafiə naziri təlim-tərbiyə işinin təşkili istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. İnformasiya təhlükəsizliyinin qorunması, o cümlədən xidməti məlumatların, hərbi və dövlət sirlərinin sosial şəbəkələrdə yayılmasının yolverilməz olması barədə maarifləndirici söhbətlərin aparılmasının vacibliyini qeyd edib. Nazir nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozanlara qarşı qətiyyətli tədbirlərin davam etdirilməsini tapşırıb.
Müşavirənin sonunda gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarına ciddi riayət olunmasını vurğulayan general-polkovnik Z.Həsənov hərbi qulluqçuların sağlamlığının qorunması, qoşun xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də mühəndis təminatı üzrə zəruri tədbirlərin davam etdirilməsinin vacibliyini bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırıb və qarşıda duran bütün tapşırıqların operativ həll edilməsini əmr edib.