Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Zaqatalada daha bir turist itkin düşüb: Sonuncu zəngi zamanı onu ayı təqib edirmiş

© Sputnik / Shahperi AbbasovaZaqatala peyzaj
Zaqatala peyzaj - Sputnik Azərbaycan, 1920, 12.08.2022
Abunə olmaq
Həsən Salahov dostlarına telefonla arxasınca ayı düşdüyünü və bu səbəbdən yolu azaraq başqa istiqamətə getdiyini deyib.
BAKI, 12 avqust - Sputnik. Zaqatala rayonu ərazisində daha bir turist itkin düşüb.
Hadisə ötən gün, avqustun 11-də baş verib. Belə ki, bir qrup yerli turist Zaqatalanın Şamilovka zirvəsinə qalxıblar.
Turistlərdən biri, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Həsən Salahov qrupdan ayrılaraq itkin düşüb. Dostları dərhal bu barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat veriblər. Həmçinin yoldaşları onunla telefon əlaqəsi saxlayıblar.
Həsən Salahov dostlarına arxasınca ayı düşdüyünü və bu səbəbdən yolu azaraq başqa istiqamətə getdiyini deyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a açıqlamasında belə bir hadisənin baş verdiyi təsdiqləyib.
Bildirib ki, Şamilovkaya qalxan bir qrup turist yoldaşlarından birinin yolu azaraq itkin düşməsi barədə DİN-in "102" xidmətinə müraciət edib. Bir müddət sonra sonra isə həmin şəxslər itən turistin tapılması barədə polisə xəbər veriblər.
Hələlik turistin taleyi barədə hər hansı məlumat verilməyib.
Qeyd edək ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.
29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub. İndiyədək onun nə özü, nə də qalıqları tapılmayıb.
Xəbər lenti
0