https://sputnik.az/20220812/volodin-vasinqton-ve-kiyev-rejiminin-hereketleri-nuve-felaketi-tehlukesi-yaradir-444926631.html
Volodin: Vaşinqton və Kiyev rejiminin hərəkətləri nüvə fəlakəti təhlükəsi yaradır
Volodin: Vaşinqton və Kiyev rejiminin hərəkətləri nüvə fəlakəti təhlükəsi yaradır
Sputnik Azərbaycan
Dövlət Dumasının spikeri onu da əlavə edib ki, Avropa vətəndaşlarının həyatını təhdid edən məsələyə baxılması üçün Avropa Parlamentinin bu gün bayram günlərini... 12.08.2022, Sputnik Azərbaycan
2022-08-12T20:12+0400
2022-08-12T20:12+0400
2022-08-12T20:12+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi əməliyyat
ukrayna
vyaçeslav volodin
aes
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438048098_0:0:3072:1728_1920x0_80_0_0_cd462913963493b292db2ecfa17aacb7.jpg
BAKI, 12 avqust — Sputnik. Zaporojye atom elektrik stansiyasının atəşə tutulmasının səbəb ola biləcəyi faciəvi nəticələrə görə məsuliyyət ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenskinin üzərinə düşəcək. Bu fikri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib."Vaşinqton və Kiyev rejiminin hərəkətləri nüvə fəlakəti təhlükəsi yaradır", - Volodin Teleqram kanalında yazıb.O vurğulayıb ki, Zaporojye atom elektrik stansiyası raketlər və ağır artilleriyadan atəşə tutulur, "bu, Ukraynanın əksər regionlarının və bir sıra Avropa ölkələrinin sakinləri üçün faciəvi nəticələrə gətirib çıxara bilər"."Bunun məsuliyyəti Bayden və Zelenskinin, eləcə də Avropa dövlətlərinin başçılarının üzərinə düşəcək", - Volodin bildirib.Dövlət Dumasının spikeri onu da əlavə edib ki, Avropa vətəndaşlarının həyatını təhdid edən məsələyə baxılması üçün Avropa Parlamentinin bu gün bayram günlərini dayandırması düzgün olardı.Enerqodar şəhərində yerləşən Zaporojye AES Rusiya qoşunlarının nəzarəti altındadır. Son günlər Ukrayna qüvvələri onun ərazisinə pilotsuz təyyarələr, ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə bir neçə hücum həyata keçirib. Əksər hallarda hücumlar hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısı alınıb, lakin mərmilər infrastruktura və nüvə tullantılarının saxlandığı əraziyə düşüb.Bundan əvvəl Rusiya Müdafiəyə Nəzarət üzrə Milli Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev bildirmişdi ki, BMT əməkdaşları Zaporojye AES-in vəziyyətinin obyektiv monitorinqinin aparılmasında MAQATE rəhbərliyinə mane olmaqda davam edirlər.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
https://sputnik.az/20220812/bmt-zaporojye-aes-etrafinda-tehlukesizlik-perimetrinin-yaratmaga-cagirib-444916551.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438048098_341:0:3072:2048_1920x0_80_0_0_7dfcd7fe340ac14e1a63617afa1d7004.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, xüsusi əməliyyat, ukrayna, vyaçeslav volodin, aes
rusiya, xüsusi əməliyyat, ukrayna, vyaçeslav volodin, aes
Volodin: Vaşinqton və Kiyev rejiminin hərəkətləri nüvə fəlakəti təhlükəsi yaradır
Dövlət Dumasının spikeri onu da əlavə edib ki, Avropa vətəndaşlarının həyatını təhdid edən məsələyə baxılması üçün Avropa Parlamentinin bu gün bayram günlərini dayandırması düzgün olardı.
BAKI, 12 avqust — Sputnik. Zaporojye atom elektrik stansiyasının atəşə tutulmasının səbəb ola biləcəyi faciəvi nəticələrə görə məsuliyyət ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenskinin üzərinə düşəcək. Bu fikri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
"Vaşinqton və Kiyev rejiminin hərəkətləri nüvə fəlakəti təhlükəsi yaradır", - Volodin Teleqram kanalında yazıb.
O vurğulayıb ki, Zaporojye atom elektrik stansiyası raketlər və ağır artilleriyadan atəşə tutulur, "bu, Ukraynanın əksər regionlarının və bir sıra Avropa ölkələrinin sakinləri üçün faciəvi nəticələrə gətirib çıxara bilər".
"Bunun məsuliyyəti Bayden və Zelenskinin, eləcə də Avropa dövlətlərinin başçılarının üzərinə düşəcək", - Volodin bildirib.
Dövlət Dumasının spikeri onu da əlavə edib ki, Avropa vətəndaşlarının həyatını təhdid edən məsələyə baxılması üçün Avropa Parlamentinin bu gün bayram günlərini dayandırması düzgün olardı.
Enerqodar şəhərində yerləşən Zaporojye AES Rusiya qoşunlarının nəzarəti altındadır. Son günlər Ukrayna qüvvələri onun ərazisinə pilotsuz təyyarələr, ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə bir neçə hücum həyata keçirib. Əksər hallarda hücumlar hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısı alınıb, lakin mərmilər infrastruktura və nüvə tullantılarının saxlandığı əraziyə düşüb.
Bundan əvvəl Rusiya Müdafiəyə Nəzarət üzrə Milli Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev bildirmişdi ki, BMT əməkdaşları Zaporojye AES-in vəziyyətinin obyektiv monitorinqinin aparılmasında MAQATE rəhbərliyinə mane olmaqda davam edirlər.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.