Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

BMT Zaporojye AES ətrafında təhlükəsizlik perimetrinin yaratmağa çağırıb

© Sputnik / Mediabanka keçidZaporojye AES
Zaporojye AES - Sputnik Azərbaycan, 1920, 12.08.2022
Abunə olmaq
Antonio Quterreş əlavə edib ki, BMT Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) müfəttişlərinin ZAES-ə səfərini tam dəstəkləməyə davam edir
BAKI, 12 avqust — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş Zaporojye AES-in ətrafında təhlükəsizlik perimetrinin yaradılmasına çağırıb. Bu barədə cümə axşamı baş katibin yaydığı bəyanatda deyilir.
"Mən Rusiya Federasiyası və Ukrayna silahlı qüvvələrini AES-in bilavasitə yaxınlığında hər hansı hərbi əməliyyatı dərhal dayandırmağa, onun obyektlərini və ətrafını hədəf kimi istifadə etməməyə çağırıram. Atom Elektrik Stansiyasından hər hansı hərbi personalı və texnikanı çıxarın və ərazidə hər hansı qüvvə və texnikanın yerləşdirilməsindən daha çəkinin. Sahə hər hansı hərbi əməliyyatın bir hissəsi kimi istifadə edilməməlidir. Bunun əvəzinə təhlükəsiz demilitarizasiya perimetri haqqında təcili texniki səviyyəli razılaşma ilə ərazinin təhlükəsizliyini təmin etmək lazımdır".
Quterreş əlavə edib ki, BMT Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin Zaporojye AES-ə səfərini tam dəstəkləməkdə davam edir. "Mən bütün tərəfləri BAEA missiyasının stansiyaya girişini dərhal, təhlükəsiz və maneəsiz təmin etməyə çağırıram", - deyə o, bildirib.
BMT-nin baş katibi qeyd edib ki, Ukraynanın Zaporojye və ya digər atom elektrik stansiyasına mümkün hər hansı ziyan təkcə onun yaxınlığında deyil, "bütövlükdə regionda və onun hüdudlarından kənarda" fəlakətli nəticələrə gətirib çıxara bilər. "Təəssüf ki, son bir neçə gündə gərginliyin azaldılması əvəzinə, belə davam edərsə, fəlakətə səbəb ola biləcək dərin narahatlıq doğuran yeni insidentlər barədə xəbərlər yayılıb," - deyə o əlavə edib.
Rusiya hava hücumundan müdafiə sistemləri gecə və cümə axşamı səhər saatlarında Enerqodar şəhərinə və Atom Elektrik Stansiyasına pilotsuz uçuş aparatları və ağır artilleriya tərəfindən Ukrayna silahlı qüvvələrinin (USQ) bütün hücum cəhdlərini dəf edib. Bundan əlavə, Aavqustun əvvəlindən Ukrayna Silahlı Qüvvələri AES və Enerqodar ərazisinə beş dəfə zərbə endirməyə cəhd edib: avqustun 5-də onlar stansiya rayonunu üç dəfə atəşə tutublar. Avqustun 6-da ZAES sanatoriyası və Enerqodardakı su anbarını atəşə tutublar, avqustun 7-də AES-ə daha bir zərbə dəyib, zərbə zonasında işlənmiş nüvə yanacağının saxlanıldığı ərazi olub.
Xəbər lenti
0