https://sputnik.az/20220812/sn-pzr-usulu-ile-netice-gec-hazir-olsa-da-hessasligi-ve-spesifikliyi-daha-yuksekdir-444882460.html
SN: PZR üsulu ilə nəticə gec hazır olsa da, həssaslığı və spesifikliyi daha yüksəkdir
SN: PZR üsulu ilə nəticə gec hazır olsa da, həssaslığı və spesifikliyi daha yüksəkdir
Sputnik Azərbaycan
Ekspert deyib ki, SARS-CoV-2 antigen testi üçün burun-udlaqdan götürülmüş yaxma nümunəsindən istifadə olunur. 12.08.2022, Sputnik Azərbaycan
2022-08-12T12:07+0400
2022-08-12T12:07+0400
2022-08-12T12:07+0400
səhiyyə
pzr testi
koronavirus
səhiyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/41566/29/415662990_0:29:1500:873_1920x0_80_0_0_bcf1be858943d0ff2b1204c3c16c9ab1.jpg
BAKI, 12 avqust — Sputnik. "Koronavirus infeksiyasının diaqnostikasında seroloji, antigen, molekulyar və digər üsullardan istifadə oluna bilər. COVID-19 testinin müayinəsində hazırda molekulyar (PZR) və antigen testlərdən istifadə olunur. Bu üsulların hər birinin həssaslıq və spesifikliyi fərqlidir".Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Yavər Hacısoy bildirib. Onun sözlərinə görə, götürülmüş nümunədə PZR metodu istifadə olunaraq, nuklein turşusu amplifikasiyası yolu ilə koronavirusun RNT-si təyin olunur:"COVID-19 diaqnozunu təsdiqləyici test 3-8 saat ərzində nəticə verən PZR yaxmadır. Antigen testləri bu infeksiyanın təyinində kifayət qədər geniş istifadə olunur. Nümunə götürüldükdən sonra nəticə təxminən 30-60 dəqiqə ərzində hazır olduğuna görə bu testlərə sürətli, yəni ekspres testlər də deyilir. Vətəndaşlar bunu PZR yaxma testi ilə səhv salırlar.PZR üsulu ilə nəticə gec hazır olsa da, həssaslığı və spesifikliyi daha yüksəkdir. Digər üsullar heç biri təsdiqləyici deyil. Belə ki, Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə görə, PZR (polimerazalı zəncirvari reaksiya) üsulu koronavirus infeksiyasının təyinində əsas təsdiqedici test hesab olunur".Ekspert deyib ki, SARS-CoV-2 antigen testi üçün burun-udlaqdan götürülmüş yaxma nümunəsindən istifadə olunur:"Bu müayinə metodunun prinsipi virusun birbaşa hər hansı bir zülalının müəyyən olunmasına əsaslanır. Götürülmüş nümunədə virusa aid antigen (hissəcik) varsa istifadə olunan ekspress testin daxilindəki karta hopdurulmuş monoklonal anticisimlər ilə birləşir və pozitiv anlamına gələn rəngli xətt əmələ gətirir. PZR testi üçün isə burun, burun-udlaq, əsnək (orofaringel), ağız suyu və bəlğəm nümunələrinin hər hansı biri istifadə oluna bilər.Koronavirus ştamları genetik müayinə ilə təyin olunur. Bunun üçün ilkin olaraq götürülmüş nümunədə SARS-CoV-2 PZR testinin nəticəsi pozitiv olmalıdır. Bundan sonra virusun sekvenləşdirmə ilə aminturşu ardıcıllığı və virusun hansı ştama aid olduğu müəyyən edilir. Bu analizlərin aparılması üçün xüsusi avadanlığa ehtiyac duyulur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41566/29/415662990_150:0:1351:901_1920x0_80_0_0_ea509984617ad883a2a10b6f0dc34e2e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pzr testi, koronavirus, səhiyyə nazirliyi
pzr testi, koronavirus, səhiyyə nazirliyi
SN: PZR üsulu ilə nəticə gec hazır olsa da, həssaslığı və spesifikliyi daha yüksəkdir
Ekspert deyib ki, SARS-CoV-2 antigen testi üçün burun-udlaqdan götürülmüş yaxma nümunəsindən istifadə olunur.
BAKI, 12 avqust — Sputnik. "Koronavirus infeksiyasının diaqnostikasında seroloji, antigen, molekulyar və digər üsullardan istifadə oluna bilər. COVID-19 testinin müayinəsində hazırda molekulyar (PZR) və antigen testlərdən istifadə olunur. Bu üsulların hər birinin həssaslıq və spesifikliyi fərqlidir".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Yavər Hacısoy bildirib. Onun sözlərinə görə, götürülmüş nümunədə PZR metodu istifadə olunaraq, nuklein turşusu amplifikasiyası yolu ilə koronavirusun RNT-si təyin olunur:
"COVID-19 diaqnozunu təsdiqləyici test 3-8 saat ərzində nəticə verən PZR yaxmadır. Antigen testləri bu infeksiyanın təyinində kifayət qədər geniş istifadə olunur. Nümunə götürüldükdən sonra nəticə təxminən 30-60 dəqiqə ərzində hazır olduğuna görə bu testlərə sürətli, yəni ekspres testlər də deyilir. Vətəndaşlar bunu PZR yaxma testi ilə səhv salırlar.
PZR üsulu ilə nəticə gec hazır olsa da, həssaslığı və spesifikliyi daha yüksəkdir. Digər üsullar heç biri təsdiqləyici deyil. Belə ki, Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə görə, PZR (polimerazalı zəncirvari reaksiya) üsulu koronavirus infeksiyasının təyinində əsas təsdiqedici test hesab olunur".
Ekspert deyib ki, SARS-CoV-2 antigen testi üçün burun-udlaqdan götürülmüş yaxma nümunəsindən istifadə olunur:
"Bu müayinə metodunun prinsipi virusun birbaşa hər hansı bir zülalının müəyyən olunmasına əsaslanır. Götürülmüş nümunədə virusa aid antigen (hissəcik) varsa istifadə olunan ekspress testin daxilindəki karta hopdurulmuş monoklonal anticisimlər ilə birləşir və pozitiv anlamına gələn rəngli xətt əmələ gətirir. PZR testi üçün isə burun, burun-udlaq, əsnək (orofaringel), ağız suyu və bəlğəm nümunələrinin hər hansı biri istifadə oluna bilər.
Koronavirus ştamları genetik müayinə ilə təyin olunur. Bunun üçün ilkin olaraq götürülmüş nümunədə SARS-CoV-2 PZR testinin nəticəsi pozitiv olmalıdır. Bundan sonra virusun sekvenləşdirmə ilə aminturşu ardıcıllığı və virusun hansı ştama aid olduğu müəyyən edilir. Bu analizlərin aparılması üçün xüsusi avadanlığa ehtiyac duyulur".