https://sputnik.az/20220812/prezident-qarabagdaki-ermenilerin-xahisleri-barede-avqustun-sonunadek-vaxt-isteyibler-444957264.html
Prezident Qarabağdakı ermənilərin xahişləri barədə: "Avqustun sonunadək vaxt istəyiblər"
Prezident Qarabağdakı ermənilərin xahişləri barədə: "Avqustun sonunadək vaxt istəyiblər"
Sputnik Azərbaycan
Qarabağda yaşayan ermənilər Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolunun da Azərbaycan tərəfindən tikilməsi üçün müraciət... 12.08.2022, Sputnik Azərbaycan
2022-08-12T22:30+0400
2022-08-12T22:30+0400
2022-08-12T22:30+0400
siyasət
prezident ilham əliyev
ermənistan
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e6/08/0c/444953800_0:130:3176:1917_1920x0_80_0_0_4c51e79a58fe0569d09466745dd56871.jpg
BAKI, 12 avqust - Sputnik. Qarabağda yaşayan ermənilər avqustun sonunadək vaxt verilməsini dəfələrlə Azərbaycandan xahiş ediblər. Bunu Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib."Biz bu yeni Laçın yolunu inşa etməyə başlayanda Rusiya tərəfi vasitəsilə Ermənistana müraciət etdik və təklif etdik ki, (çünki mən təxmin edirdim ki, onların necə deyərlər, belə hoqqabazlığı olacaq - İ.Ə.) gəlin biz də sizin ərazidə yol tikək. Orada cəmi 8-9 kilometrdir. İmtina etdilər bundan. Dedilər ki, yox, biz özümüz edəcəyik. Və nə vaxt buna başladılar?! Özü də buna başlamaq demək mümkün deyil, çünki elə ancaq texniki-iqtisadi əsaslandırmasını bunlar indi işləyirlər", - İlham Əliyev deyib. Onun sözlərinə görə, ermənilər bu prosesə Azərbaycan rəsmi məktubla Rusiya tərəfinə bildiriş göndərəndən sonra başlayıblar: "Bildiriş göndərdik ki, bu yolu biz başa çatdırırıq avqustun 5-də və xahiş edirik ki, siz sülhməramlı kontingentin postlarını köhnə yoldan yeni yola keçirin. Bu da təbiidir. Biz bu məktubu onlara göndərəndə yəqin ki, Ermənistan tərəfi də o məktubla tanış oldu, ondan bir gün sonra Ermənistan bəyan etdi ki, biz bu yolun iqtisadi əsaslandırmasını başlamaq istəyirik və 2023-cü ilin sonuna qədər biz bunu inşa edəcəyik. Yəni, bu, faktiki olaraq manipulasiyadır. Tamamilə qeyri-ciddi və qeyri-adekvat addımdır. Biz dedik, əgər belədirsə, onda biz avqustun 5-də Laçın dəhlizinə giririk, postlar qururuq və baxarıq sonra siz necə hərəkət edəcəksiniz. Ondan sonra aləm dəydi bir-birinə və Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər, xahiş etdilər. Dəfələrlə xahiş etmişdilər ki, onlara avqustun sonuna vaxt verilsin. Biz də buna razı olduq. Çünki indi avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir".Dövlət başçısı əlavə edib ki, Qarabağda yaşayan ermənilər Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolunun da Azərbaycan tərəfindən tikilməsi üçün müraciət ediblər. Azərbaycan da buna razılaşıb.
https://sputnik.az/20220812/eliyev-ermenistanla-azerbaycan-arasindaki-normallasma-prosesinde-qarabag-movzusu-yoxdur-441026490.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/0c/444953800_224:0:2953:2047_1920x0_80_0_0_591dce664496fabb29b2f40b6587180a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, ermənistan, qarabağ
prezident ilham əliyev, ermənistan, qarabağ
Prezident Qarabağdakı ermənilərin xahişləri barədə: "Avqustun sonunadək vaxt istəyiblər"
Qarabağda yaşayan ermənilər Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolunun da Azərbaycan tərəfindən tikilməsi üçün müraciət ediblər.
BAKI, 12 avqust - Sputnik. Qarabağda yaşayan ermənilər avqustun sonunadək vaxt verilməsini dəfələrlə Azərbaycandan xahiş ediblər.
Bunu Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.
"Biz bu yeni Laçın yolunu inşa etməyə başlayanda Rusiya tərəfi vasitəsilə Ermənistana müraciət etdik və təklif etdik ki, (çünki mən təxmin edirdim ki, onların necə deyərlər, belə hoqqabazlığı olacaq - İ.Ə.) gəlin biz də sizin ərazidə yol tikək. Orada cəmi 8-9 kilometrdir. İmtina etdilər bundan. Dedilər ki, yox, biz özümüz edəcəyik. Və nə vaxt buna başladılar?! Özü də buna başlamaq demək mümkün deyil, çünki elə ancaq texniki-iqtisadi əsaslandırmasını bunlar indi işləyirlər", - İlham Əliyev deyib.
Onun sözlərinə görə, ermənilər bu prosesə Azərbaycan rəsmi məktubla Rusiya tərəfinə bildiriş göndərəndən sonra başlayıblar:
"Bildiriş göndərdik ki, bu yolu biz başa çatdırırıq avqustun 5-də və xahiş edirik ki, siz sülhməramlı kontingentin postlarını köhnə yoldan yeni yola keçirin. Bu da təbiidir. Biz bu məktubu onlara göndərəndə yəqin ki, Ermənistan tərəfi də o məktubla tanış oldu, ondan bir gün sonra Ermənistan bəyan etdi ki, biz bu yolun iqtisadi əsaslandırmasını başlamaq istəyirik və 2023-cü ilin sonuna qədər biz bunu inşa edəcəyik. Yəni, bu, faktiki olaraq manipulasiyadır.
Tamamilə qeyri-ciddi və qeyri-adekvat addımdır. Biz dedik, əgər belədirsə, onda biz avqustun 5-də Laçın dəhlizinə giririk, postlar qururuq və baxarıq sonra siz necə hərəkət edəcəksiniz. Ondan sonra aləm dəydi bir-birinə və Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər, xahiş etdilər. Dəfələrlə xahiş etmişdilər ki, onlara avqustun sonuna vaxt verilsin. Biz də buna razı olduq. Çünki indi avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir".
Dövlət başçısı əlavə edib ki, Qarabağda yaşayan ermənilər Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolunun da Azərbaycan tərəfindən tikilməsi üçün müraciət ediblər. Azərbaycan da buna razılaşıb.