NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft ucuzlaşır

© AP Photo / Sue OgrockiNeft buruğu, arxiv şəkli
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.08.2022
Abunə olmaq
İki günlük qiymət artımından sonra dünya bazarında neft ucuzlaşıb
BAKI, 12 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,56 dollar azalaraq 99,04 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,60 dollar ucuzlaşaraq 93,74 dollar olub.
İki günlük qiymət artımından sonra dünya bazarında neft ucuzlaşıb.
Azərbaycan neftinin qiyməti isə 3,21 ABŞ dolları və ya 3,3% artaraq 99,76 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Cari ilin iyul ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 659 min barel olub. Bunun 549,9 min barelini xam neft, 109,1 min barelini isə kondensat təşkil edib.
Bakıda neft buruqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.08.2022
NEFT-QAZ
Ötən ayda gündəlik xam neft hasilatı nə qədər olub? - RƏSMİ
Xəbər lenti
0