Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Dəniz kuboku" müsabiqəsinin püşkatma mərasimi keçirilib

© AR Ministry of Defence"Dəniz kuboku" müsabiqəsinin püşkatma mərasimi
Dəniz kuboku müsabiqəsinin püşkatma mərasimi  - Sputnik Azərbaycan, 1920, 12.08.2022
Abunə olmaq
Sübhan Bəkirov 5-ci dəfə ölkəmizdə keçirilən "Dəniz kuboku" müsabiqəsinin bu il də şəffaf şəraitdə, yüksək səviyyədə və dostluq çərçivəsində keçiriləcəyinə inandığını bildirib.
BAKI, 12 avqust — Sputnik. Avqustun 12-də Bakıda keçirilən "Dəniz kuboku" beynəlxalq müsabiqəsinin püşkatma mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri iştirak ediblər. Püşkatma mərasiminə, həmçinin yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunub.
© AR Ministry of Defence"Dəniz kuboku" müsabiqəsinin püşkatma mərasimi
Dəniz kuboku müsabiqəsinin püşkatma mərasimi  - Sputnik Azərbaycan, 1920, 12.08.2022
"Dəniz kuboku" müsabiqəsinin püşkatma mərasimi
Tədbir iştirakçılarını salamlayan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov 5-ci dəfə ölkəmizdə keçirilən "Dəniz kuboku" müsabiqəsinin bu il də şəffaf şəraitdə, yüksək səviyyədə və dostluq çərçivəsində keçiriləcəyinə inandığını bildirib.
Kontr-admiral S.Bəkirov keçirilən yarışların müxtəlif ölkələrin hərbi dənizçiləri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında, onların peşəkarlaşmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayaraq komandalara uğurlar arzulayıb və media nümayəndələrinin suallarını cavablandırıb.
© AR Ministry of Defence"Dəniz kuboku" müsabiqəsinin püşkatma mərasimi
Dəniz kuboku müsabiqəsinin püşkatma mərasimi  - Sputnik Azərbaycan, 1920, 12.08.2022
"Dəniz kuboku" müsabiqəsinin püşkatma mərasimi
İştirakçı ölkələrin komandalarının rəhbərləri yarışların keçirilməsi üçün yaradılan yüksək şəraitə, göstərilən qonaqpərvərliyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Tədbirdə iştirakçı heyətlər döyüş hazırlığı poliqonlarına çıxış, müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə məşqlərin keçirilməsi haqqında ətraflı məlumat veriblər.
Sonda komandaların müsabiqədə mərhələ və epizodlarının icrası üzrə püşkatma keçirilib.
Xəbər lenti
0