Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Tankçılarımız "Tank biatlonu" müsabiqəsinə hazırlaşır

© AR Ministry of Defence“Tank biatlonu” müsabiqəsinin final mərhələsi keçirilir
“Tank biatlonu” müsabiqəsinin final mərhələsi keçirilir - Sputnik Azərbaycan, 1920, 11.08.2022
Abunə olmaq
"Tank biatlonu" müsabiqəsində Monqolustan komandası ilə mübarizə aparacaq Azərbaycan tankçıları ilk yarışa avqustun 13-də başlayacaqlar.
BAKI, 11 avqust — Sputnik. Rusiya Federasiyasının Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2022" yarışları çərçivəsində "Tank biatlonu" müsabiqəsində iştirak edəcək tankçılarımız hazırlıqlarını davam etdirir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçularımız beynəlxalq müsabiqəyə qatılacaqları tankların texniki vəziyyətini yoxlayıb, döyüş maşınlarının ştat silahlarından yoxlama atışları icra ediblər.
Komandamızın heyəti ilə görüşən general-mayor İlqar Lətifov onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından uğurlar və yarışlarda ölkəmizi layiqincə təmsil etməyi arzulayıb.
Qeyd edək ki, "Tank biatlonu" müsabiqəsində Monqolustan komandası ilə mübarizə aparacaq tankçılarımız ilk yarışa avqustun 13-də başlayacaqlar.
Xəbər lenti
0