Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rusiya-Türkiyə təcrübəsi: Bakı hesablaşmalarda dollardan imtina kursunu tutmalıdırmı?

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidABŞ dolları və Rusiya rublu, arxiv şəkli
ABŞ dolları və Rusiya rublu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.08.2022
Abunə olmaq
Rusiya və Türkiyə xarici ticarətdə milli valyutalarla ödənişlərin payını artırmağı planlaşdırır. Eyni zamanda, Azərbaycanla Rusiya Federasiyası arasında ticarət dövriyyəsinin, təxminən, 30%-i rublla həyata keçirilir.
BAKI, 11 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə digər məsələlərlə yanaşı, xarici ticarət hesablaşmalarında rubla keçid müzakirə olunub. Belə ki, Soçidə əldə olunan razılaşmaya əsasən, Rusiya qazının ödənilməsi üçün də rubldan istifadə olunacaq.
Bundan əvvəl Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak Ankaraya işgüzar səfərindən sonra bəyan etmişdi ki, Rusiya ilə Türkiyə arasında milli valyutalarda hesablaşmaların həcmi durmadan artır.
Lakin bunun sistemli olması üçün milli valyutaların, xüsusən də Moskva birjasında lirənin müvafiq likvidliyinə ehtiyac olduğunu qeyd edən Novak qeyd edib ki, bunun üçün rubl və ya lirə ilə ixrac satışlarını artırmaq lazımdır.
Xarici valyuta istisnası
Türkiyə iqtisadçı jurnalistlər Cəmiyyətinin rəhbəri Rəcəb Erçin bildirib ki, Türkiyə və Rusiyanın ticarətdə rubl və lirədən istifadə etməsi xarici valyutanın iki ölkənin iqtisadi əlaqələrindən qismən kənarlaşdırılması demək olacaq.
"Hazırda Türkiyə xarici ticarətində artıq rubldan istifadə edir. Biz bunu TUİK-in (Türkiyə Statistika İnstitutu) məlumatına görə izləyə bilərik. Məsələn, 2022-ci ilin birinci yarısında Türkiyənin Rusiyaya ixracının ümumi həcmindən 123,8 milyon dolları rublla ödənilib", – deyə Erçin Sputnik Azərbaycan-a bildirib.
İqtisadçı eyni zamanda qeyd edib ki, bütün ötən il ərzində bu məbləğ 210 milyon dollardan bir qədər çox olub. Rusiya Federasiyasından Türkiyəyə idxala gəlincə, ilk 6 ayda Rusiyaya 50,2 milyon dollarlıq Rusiya malının tədarükü rublla həyata keçirilib. Erçin bildirib ki, 2021-ci ildə rublla tədarüklərin ümumi məbləği, təxminən, 68,5 milyon dollar təşkil edib.

"Təbii ki, ilin ilk 6 ayında 177,2 milyard dollarlıq mal idxal edən və 125,8 milyard dollarlıq mal ixrac edən ölkə üçün bu, çox kiçik məbləğlərdir. Lakin biz bu məbləğlərin Soçi sammitində qəbul edilən qərarlarla bağlı artacağını gözləyirik", - deyə türkiyəli iqtisadçı bildirib.

Dollara və ABŞ-a inam zəifləyir
Ercinin sözlərinə görə, milli valyutalardan Rusiya və Türkiyənin ticarət münasibətlərində enerji hesablamalarında 15-25% səviyyəsində istifadə olunacaq.
"Bu qərar qısamüddətli perspektivdə makroiqtisadiyyata təsir göstərməyəcək. Lakin ölkələr arasında ticarətdə xarici valyutanın əvəzinə milli valyutalardan istifadə sahəsində daha bir addım atılıb ki, bu da Türkiyə çoxdan bunun tərəfdarıdır. Təbii ki, bu məsələnin texniki tərəfini də nəzərə almaq lazımdır", - deyə iqtisadçı qeyd edib.
"Bildiyimə görə, iki ölkənin mərkəzi bankları bu istiqamətdə işləyirlər. Güman ki, tərəflər bu məsələdə müəyyən nailiyyətlər əldə ediblər və bu səbəbdən Soçidə belə qərarlar qəbul edilib", - deyə Erçin bildirib.
Türkiyəli ekspert qeyd edib ki, ümumilikdə dolların nüfuzunun azalması ilə yanaşı, ABŞ-a etibarın itirilməsi də müşahidə olunur.
"ABŞ dolları dünya valyutasına çevirib, həm də ondan təhdid kimi istifadə etməyə başlayıb. Ölkələr Vaşinqtonun maraqlarına uyğun hərəkət etmək məcburiyyətində deyillər. Ona görə də dünya iqtisadiyyatları öz ticarətlərində ABŞ valyutasından istifadə edərək sanksiyalara tabe olmaq fikrində deyillər," – deyə Erçin bildirib.
Sputnik Azərbaycan-ın həmsöhbətinin sözlərinə görə, 2015-ci ildən, bəlkə də ondan əvvəl belə bir tendensiya var: de-dollarizasiya. Bu proses daha bir qədər vaxt aparacaq, lakin yaxın gələcəkdə bu tendensiyanın, xüsusən də Qərb alyansına daxil olmayan ölkələrdə artacağını müşahidə edəcəyik.
Lirə ilə ticarət türk milli valyutasını təmin edəcək
"Yeni Cəmiyyət" İnstitutunun siyasi iqtisadi araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşovun sözlərinə görə, Türkiyə iqtisadiyyatının ölkənin milli valyutanı dəstəkləmək üçün ixrac etdiyi mallara ciddi ehtiyacı var.
"Məsələ ondadır ki, müasir pullar klassik siyasi iqtisadiyyat baxımından, ilk növbədə, pul nişanlarıdır. Və onlar öz dəyərini yalnız ona görə əldə edirlər ki, onlara hansısa malları almaq olar", - deyə Koltaşov Sputnik Azərbaycan-a bildirib.
Belə ki, Türkiyə ixracını dollar və avro ilə həyata keçirəndə bu yolla Qərb valyutalarını təmin edirdi. İqtisadçı hesab edir ki, nəticədə bu il ölkədə, təxminən, 100% həcmində belə yüksək inflyasiyanın olması təəccüblü deyil.
"Əvvəllər də inflyasiya yüksək idi, ona görə də Rusiya ilə ticarətdə milli valyutalara keçid Türkiyəyə lirənin sabitliyini təmin etmək üçün xarici ticarətdə öz əmtəə kütləsindən istifadə etməyə kömək edəcək", - deyə ekspert bildirib.
Eyni zamanda, ticarət əvvəlkindən daha böyük və daha sıx ola bilər. İqtisadçı hesab edir ki, ölkələr Qərb valyutalarından çox milli valyuta ilə ticarətdə maraqlıdır və bu, Türkiyə iqtisadiyyatı üçün ciddi kömək ola bilər.
"Çünki Türkiyənin Rusiyaya ixrac edəcəyi malların həcmi artacaq. Əslində, o, artıq kifayət qədər intensiv, həddindən artıq yüksək templə artır. Öz növbəsində Rusiya da analoji fayda əldə edəcək", - deyə mütəxəssis əlavə edib.
Milli valyutalarla ticarət manatın sabitliyinə dəstək verəcək
Koltaşovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı milli valyutalarda ticarət zamanı digər ölkələr üçün olduğu kimi, bütün müsbət cəhətləri səciyyələndirir. Milli valyutalarda qarşılıqlı hesablaşmalar, ilk növbədə, milli valyutanın sabitliyinin dəstəklənməsi vasitəsidir ki, bu da Azərbaycan valyutası üçün də lazımdır.
"Fakt budur ki, 2008-ci və 2020-ci illərin böyük qlobal iqtisadi böhranı dövrü müxtəlif valyutaların, o cümlədən avronun daimi ucuzlaşdığı dövr idi. O, dollara və funt sterlinqə qarşı devalvasiyaya uğradı. Devalvasiyalar davamlı olaraq baş verdi - Azərbaycanın milli valyutasənın zəifliyi aydın hiss olunurdu. Ona görə də Rusiya ilə milli valyutalarla ticarətə keçid Azərbaycan üçün düzgün, rasional və faydalı qərardır", - deyə rusiyalı iqtisadçı bildirib.
Qlobal iqtisadiyyatda gərgin vəziyyətlər bitmədiyi üçün artıq yeni çağırışların, o cümlədən güclü inflyasiya təzyiqinin müşahidə olunduğunu vurğulayan ekspert əlavə edib ki, belə vəziyyətdə milli valyutalarda hesablaşmalar Azərbaycan iqtisadiyyatına kömək etməlidir.
"Hər halda istənilən dövlət üçün milli valyuta ilə ticarət daha perspektivli və sərfəli ticarətdir, çünki o, hətta formaca ölkənin xeyrinədir. Qərb valyutaları ilə ticarət isə Qərb valyutalarının xeyrinədir", - deyə ekspert qeyd edib.
Rubl - Sputnik Azərbaycan, 1920, 06.08.2022
DÜNYA XƏBƏRLƏRİ
Türkiyə və Rusiya rublla ticarət edəcək
Xəbər lenti
0