CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Röya şəhidin sevgilisinə yazdığı məktubu ifa etdi

Röya Ayxan - Sputnik Azərbaycan, 1920, 11.08.2022
Abunə olmaq
Şəhidin qardaşı Hikmət Əliyev həmin məktubu bəstəkar Fərid Kərimliyə göstərib. F. Kərimli məktubdakı sözlərə "Yada düşürsən" adlı mahnı bəstələyib.
BAKI, 11 avqust — Sputnik. Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib. Şəhidin qardaşı Hikmət Əliyev həmin məktubu bəstəkar Fərid Kərimliyə göstərib, o isə məktubdakı sözlərə musiqi bəstələyib.
Mahnının adı "Yada düşürsən" adlanır. Xalq artisti Nurəddin Mehdixanlı isə şəhidə ithafən yazılan sözləri qiraət edib.
R.Ayxan səsyazma studiyasında mahnını oxuduğu anları sosial media hesabında paylaşıb.
Sənətçi bildirib ki, sözügedən mahnı hələ tam hazır deyil:
"Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu".
Qeyd edək ki, Pərviz Həsən oğlu Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. O, Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.
Xəbər lenti
0