https://sputnik.az/20220810/xn-rehberlerinin-gorusunde-ermenistanin-qeyri-konstruktiv-siyasetinden-danisildi-444869823.html
XİN rəhbərlərinin görüşündə Ermənistanın qeyri-konstruktiv siyasətindən danışıldı
XİN rəhbərlərinin görüşündə Ermənistanın qeyri-konstruktiv siyasətindən danışıldı
Sputnik Azərbaycan
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov əlcəzairli həmkarı ilə görüşündə keçmiş məcburi köçkünlərin Qarabağa qayıtması barədə həmkarını... 10.08.2022, Sputnik Azərbaycan
2022-08-10T14:09+0400
2022-08-10T14:09+0400
2022-08-10T14:09+0400
ceyhun bayramov
siyasət
xin
əlcəzair
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443296475_0:0:3072:1728_1920x0_80_0_0_fbbe5e42625fb2b069841d80818d7d4e.jpg
BAKI, 10 avqust — Sputnik. "Regiondakı son durum, postmünaqişə dövründə Azərbaycanın gördüyü işlər barədə həmkarımı məlumatlandırdım".Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranla birlikdə keçirdiyi brifinqdə deyib."Yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin Qarabağa qayıtması barədə həmkarımı məlumatlandırdım. Ötən ay ilk məcburi köçkünlərimizin işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə qayıtması baş tutdu. Hesab edirəm ki, bu, böyük qayıdışın başlanğıcıdır", - deyə o bildirib.Eyni zamanda Ceyhun Bayramov əlcəzairli həmkarını Azərbaycanla Ermənistan arasında davam edən proseslər, o cümlədən Ermənistanın tərəfinin qeyri-konstruktiv siyasəti barədə məlumatlandırıb.XİN başçısı həmçinin ərazidə baş tutan minatəmizləmə işlərindən də danışıb. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın təkbətək görüşüb. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib.(Report)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443296475_284:0:3015:2048_1920x0_80_0_0_fd7c78089bd673e3c817a466cc3c6c60.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ceyhun bayramov, xin, əlcəzair
ceyhun bayramov, xin, əlcəzair
XİN rəhbərlərinin görüşündə Ermənistanın qeyri-konstruktiv siyasətindən danışıldı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov əlcəzairli həmkarı ilə görüşündə keçmiş məcburi köçkünlərin Qarabağa qayıtması barədə həmkarını məlumatlandırıb.
BAKI, 10 avqust — Sputnik. "Regiondakı son durum, postmünaqişə dövründə Azərbaycanın gördüyü işlər barədə həmkarımı məlumatlandırdım".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranla birlikdə keçirdiyi brifinqdə deyib.
"Yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin Qarabağa qayıtması barədə həmkarımı məlumatlandırdım. Ötən ay ilk məcburi köçkünlərimizin işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə qayıtması baş tutdu. Hesab edirəm ki, bu, böyük qayıdışın başlanğıcıdır", - deyə o bildirib.
Eyni zamanda Ceyhun Bayramov əlcəzairli həmkarını Azərbaycanla Ermənistan arasında davam edən proseslər, o cümlədən Ermənistanın tərəfinin qeyri-konstruktiv siyasəti barədə məlumatlandırıb.
XİN başçısı həmçinin ərazidə baş tutan minatəmizləmə işlərindən də danışıb. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın təkbətək görüşüb. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib.(Report)