https://sputnik.az/20220810/qaranliqda-telefon-planset-istifade-edenlere-xeberdarliq-444879418.html
Qaranlıqda telefon, planşet istifadə edənlərə xəbərdarlıq
Qaranlıqda telefon, planşet istifadə edənlərə xəbərdarlıq
Sputnik Azərbaycan
Kompüter, telefon və planşetlərə qaranlıqda baxmaq göz dibində ola biləcək xəstəliklərin cavanlaşmasına səbəb olur. 10.08.2022, Sputnik Azərbaycan
2022-08-10T23:31+0400
2022-08-10T23:31+0400
2022-08-10T23:31+0400
telefon
cəmiyyət
planşet
kompüter
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221120_0:104:2000:1229_1920x0_80_0_0_1f4161828e82e9edab78a005efeb77f1.jpg
BAKI, 11 avqust — Sputnik. Gözlərdə batma və quruluq şikayəti son zamanlar çox rast gəlinir. Göz quruluğundan əziyyət çəkən insanların saatlarla televizor, kompüter və telefona baxmağı məsləhət görülmür.Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Həsənova deyib.O bildirib ki, qaranlıqda kompüter, telefon və planşetlərə baxmaq göz dibində ola biləcək xəstəliklərin cavanlaşmasına səbəb olur.Eyni zamanda yuxu hormonunun ifrazında problem yaradır, uşaqlarda isə boy hormonunun inkişafına mane olur. Ümumiyyətlə uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidir.Onun sözlərinə görə, bəzi eynəklərin insanı kompüter şüasından qoruduğu elmi baxımdan təsdiqini tapmayıb. Yəni optikada təklif edilən şüadan qoruyucu eynəklər sizin fərdi seçiminizdir, lakin onun effekti düşündüyünüz kimi olmaya bilər.Ekran qarşısında olarkən insanlar gözlərini normadan az qırpırlar. Kompüter arxasında oturanlar mütləq gözlərini tez-tez qırpmalıdır və nəmləndirici damlalardan istifadə etməlidir."Uşaqlar arasında zəifgörmə səviyyəsi artıb. Uşaqlar görmə səviyyəsi 10-20 faiz olana qədər zəif gördüklərini hiss etmirlər"-deyə ekspert əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221120_112:0:1889:1333_1920x0_80_0_0_340ce5e710af6bd32afff39e2c83efb6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
telefon, planşet, kompüter
telefon, planşet, kompüter
Qaranlıqda telefon, planşet istifadə edənlərə xəbərdarlıq
Kompüter, telefon və planşetlərə qaranlıqda baxmaq göz dibində ola biləcək xəstəliklərin cavanlaşmasına səbəb olur.
BAKI, 11 avqust — Sputnik. Gözlərdə batma və quruluq şikayəti son zamanlar çox rast gəlinir. Göz quruluğundan əziyyət çəkən insanların saatlarla televizor, kompüter və telefona baxmağı məsləhət görülmür.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Həsənova deyib.
O bildirib ki, qaranlıqda kompüter, telefon və planşetlərə baxmaq göz dibində ola biləcək xəstəliklərin cavanlaşmasına səbəb olur.
Eyni zamanda yuxu hormonunun ifrazında problem yaradır, uşaqlarda isə boy hormonunun inkişafına mane olur. Ümumiyyətlə uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidir.
Onun sözlərinə görə, bəzi eynəklərin insanı kompüter şüasından qoruduğu elmi baxımdan təsdiqini tapmayıb. Yəni optikada təklif edilən şüadan qoruyucu eynəklər sizin fərdi seçiminizdir, lakin onun effekti düşündüyünüz kimi olmaya bilər.
Ekran qarşısında olarkən insanlar gözlərini normadan az qırpırlar. Kompüter arxasında oturanlar mütləq gözlərini tez-tez qırpmalıdır və nəmləndirici damlalardan istifadə etməlidir.
"Uşaqlar arasında zəifgörmə səviyyəsi artıb. Uşaqlar görmə səviyyəsi 10-20 faiz olana qədər zəif gördüklərini hiss etmirlər"-deyə ekspert əlavə edib.