CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli təhlükəsizliyə yönəlik çağırışlara uyğun qəti addımlar atılmalıdır - Baş Prokuror

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidKamran Əliyev
Kamran Əliyev - Sputnik Azərbaycan, 1920, 10.08.2022
Abunə olmaq
Bakıda "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" mövzusunda konfrans keçirilir
BAKI, 10 avqust — Sputnik. Azərbaycan müstəqillik əldə etdikdən sonra medianın inkişafı üçün zəruri olan bütün şərait yaradılıb.
Bunu Baş prokuror Kamran Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" mövzusunda keçirilən konfransda bildirib.
Baş prokuror qeyd edib ki, müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev dövlətin bütün atributlarının, institutlarının yaradılması ilə yanaşı, medianın inkişafına da mühüm diqqət yetirilib:
"Ulu Öndər uzaqgörən bir şəxsiyyət kimi görürdü ki, medianın inkişafı olmadan cəmiyyətin düzgün inkişafı, tərəqqisi mümkün deyil. Elə məhz buna görə Azərbaycan müstəqillik əldə etdiyi ilk günlərdən medianın inkişafına xüsusi diqqət yetirilib. 2003-cü ildə İlham Əliyev Prezident seçildikdən sonra bu siyasət davam etdirilib".
O bildirib ki, biz hamımız dövlətin siyasətini dəstəkləyirik, dövlətin inkişafı üçün hər kəs öz işini məsuliyyətlə yerinə yetirməlidir:
"Gələcəkdə intensiv fəaliyyətlə məşğul olmalıyıq demək, o demək deyil ki, biz deyəni yazmalısınız və ya siz yazana dərhal reaksiya verməliyik. Məqsədimiz odur ki, bəzi boşluqları aradan qaldıraq. Milli təhlükəsizliyə yönəlik çağırışlar edilirsə, prokurorluq öz fəaliyyətinə uyğun qəti addımlar atmalıdır. İndiyə qədər atılıb və bundan sonra da atılacaq. Bizim bu fəaliyyətimizi bəzi media nümayəndələri birmənalı qarşılamır. Qanun pozuntusu baş vermək üzrə olduğu halda vaxtında müdaxilə etməyimiz bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən neqativ qarşılanır. Xəbərdarlıqlar o zaman edilir ki, daha ciddi qanun pozuntusunun qarşısını alaq. Xəbərdarlıq prokurorluğun fəaliyyət sferasına daxil olan addımlardan biridir".
"Zaman-zaman hesab edirəm ki, belə görüşlərə ehtiyac var. Heç kim deməsin ki, biz bu gün jurnalistlərə nəsə öyrətmək üçün yığışmışıq. Bu, qətiyyən belə deyil"-deyə o əlavə edib.
Xəbər lenti
0