https://sputnik.az/20220810/kubada-neft-anbarinda-bas-veren-yangin-nezarete-goturulub-444877312.html
Kubada neft anbarında baş verən yanğın nəzarətə götürülüb
Kubada neft anbarında baş verən yanğın nəzarətə götürülüb
Sputnik Azərbaycan
Yanğınlar nəticəsində xəsarət alan 19 nəfər hələ də xəstəxanadadır, 106 nəfər artıq evə buraxılıb, bir nəfər isə həyatını itirib. 10.08.2022, Sputnik Azərbaycan
2022-08-10T17:14+0400
2022-08-10T17:14+0400
2022-08-10T17:14+0400
kuba
dünya xəbərləri
neft
anbar
https://cdnn1.img.sputnik.az/img/07e6/08/0a/444855223_0:159:3078:1890_1920x0_80_0_0_bdda6e42bd2cacdfd2c455c8ba61b86d.jpg
BAKI, 10 avqust — Sputnik. Kubanın Matansas əyalətində neft anbarında baş verən yanğın qismən nəzarətə götürülüb. Bu barədə Kuba yanğınsöndürmə xidməti məlumat yayıb."Neft çənlərində hələ də yanğın var, lakin bu, o qədər də təhlükəli deyil. Yanğının digər neft anbarlarına yayılmasının qarşısını almaq mümkün olub. Ancaq risk hələ də qalır", - Kubanın "Cubadebate" informasiya portalı yazıb.Bundan əlavə, dörd neft çəninin tamamilə məhv olması barədə məlumat da təsdiqlənib.Yanğınlar nəticəsində xəsarət alan 19 nəfər hələ də xəstəxanadadır, 106 nəfər artıq evə buraxılıb, bir nəfər isə həyatını itirib.Yanğının söndürülməsinə kömək etmək üçün Venesuela və Meksikadan mütəxəssislər gəlib. Çərşənbə günü səhər Kubanın digər əyalətlərindən də əlavə qüvvələrin hadisə yerinə gələcəyi gözlənilir.Ötən həftə Matansas əyalətində neft anbarına ildırım düşüb, nəticədə yanğın başlayıb, şənbə günü isə bir neçə partlayış baş verib. Kuba hakimiyyəti beynəlxalq ictimaiyyətdən yardım istəyib. Bu kompleks Kubanın qərb hissəsi üçün əhəmiyyətli neft ehtiyatları saxlayan mühüm obyektlərdən biridir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/0a/444855223_174:0:2905:2048_1920x0_80_0_0_5303030ec60b52631734e3549272af79.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kuba, neft, anbar
Kubada neft anbarında baş verən yanğın nəzarətə götürülüb
Yanğınlar nəticəsində xəsarət alan 19 nəfər hələ də xəstəxanadadır, 106 nəfər artıq evə buraxılıb, bir nəfər isə həyatını itirib.
BAKI, 10 avqust — Sputnik. Kubanın Matansas əyalətində neft anbarında baş verən yanğın qismən nəzarətə götürülüb. Bu barədə Kuba yanğınsöndürmə xidməti məlumat yayıb.
"Neft çənlərində hələ də yanğın var, lakin bu, o qədər də təhlükəli deyil. Yanğının digər neft anbarlarına yayılmasının qarşısını almaq mümkün olub. Ancaq risk hələ də qalır", - Kubanın "Cubadebate" informasiya portalı yazıb.
Bundan əlavə, dörd neft çəninin tamamilə məhv olması barədə məlumat da təsdiqlənib.
Yanğınlar nəticəsində xəsarət alan 19 nəfər hələ də xəstəxanadadır, 106 nəfər artıq evə buraxılıb, bir nəfər isə həyatını itirib.
Yanğının söndürülməsinə kömək etmək üçün Venesuela və Meksikadan mütəxəssislər gəlib. Çərşənbə günü səhər Kubanın digər əyalətlərindən də əlavə qüvvələrin hadisə yerinə gələcəyi gözlənilir.
Ötən həftə Matansas əyalətində neft anbarına ildırım düşüb, nəticədə yanğın başlayıb, şənbə günü isə bir neçə partlayış baş verib. Kuba hakimiyyəti beynəlxalq ictimaiyyətdən yardım istəyib. Bu kompleks Kubanın qərb hissəsi üçün əhəmiyyətli neft ehtiyatları saxlayan mühüm obyektlərdən biridir.