CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib

© Sputnik / Murad OrujovƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 10.08.2022
Abunə olmaq
BAKI, 10 avqust — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib. Bu, Nazirlər Kabinetinin qərarında əksini tapıb.
Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi 13 nəfərdən 15 nəfərə yüksəldilib.
Kollegiyanın tərkibinə aşağıdakı üzvlər də əlavə edilib:
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri;
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Beləliklə, Kollegiyanın yeni tərkibi aşağıdakı kimi olacaq:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri;
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri;
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Xəbər lenti
0