Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir

© Sputnik / Murad OrujovAzərbaycan hərbçiləri, arxiv şəkli
Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.08.2022
Abunə olmaq
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər avqustun 10-dan 13 avqust saat 18:00-dək Daxili Qoşunların Baş İdarəsinə müraciət etməlidirlər.
BAKI, 10 avqust — Sputnik. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş 300 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilər.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən abituriyentlər avqustun 10-dan 13 avqust saat 18:00-dək Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç.,4) müraciət etməlidirlər.
Xatırladaq ki, ötən il keçirilən müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən müsabiqədən keçməmiş 250 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərdilər.
Xəbər lenti
0