https://sputnik.az/20220810/cemiyyeti-narahat-eden-qeyri-doyus-itkileri---harada-bosluq-buraxilib-444876476.html
Cəmiyyəti narahat edən qeyri-döyüş itkiləri - Harada boşluq buraxılıb?
Cəmiyyəti narahat edən qeyri-döyüş itkiləri - Harada boşluq buraxılıb?
Sputnik Azərbaycan
Hərbi ekspert hesab edir ki, Azərbaycan xalqı ordusuna böyük rəğbət bəslədiyindən qeydə alınan qeyri-döyüş itkiləri narahatlıqla qarşılanır. 10.08.2022, Sputnik Azərbaycan
2022-08-10T16:13+0400
2022-08-10T16:13+0400
2022-08-10T16:13+0400
hərbi
döyüş
itki
https://cdnn1.img.sputnik.az/img/07e5/02/03/426130080_0:161:3071:1888_1920x0_80_0_0_316dbf29d7f43f00df96a544290ad75b.jpg
BAKI, 10 avqust — Sputnik. Azərbaycan ordusunun itkiləri hər zaman cəmiyyətin diqqətində olan əsas məsələlərdən birdir. Xüsusən də bu itkilər qeyri-döyüş şəraitində baş verəndə cəmiyyət tərəfindən daha çox narahatlıqla qarşılanır. Vətən Müharibəsindən keçən iki ilə yaxın bir müddətdə də ordumuzda qeyri-döyüş itkiləri qeydə alınmaqdadır. Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq həyatını itirən hərbi qulluqçular barədə məlumat verilsə də, post-müharibə dövründəki qeyri-döyüş itkilərimizin dəqiq sayı açıqlanmayıb.Sputnik Azərbaycan qeyri-döyüş itkilərinin səbəbləri, psixoloji aspektləri, həlak olanların statusu ilə bağlı hərbi ekspertlərin fikirlərini öyrənib.Mövzu ilə bağlı hərbi ekspertlər Elxan Şıxəliyev və Emin Həsənli fikirlərini bölüşüb.Ekspert Emin Həsənli qeyd edir ki, dünyadakı bir çox ölkələrin ordusunda qeyri-döyüş itkiləri qeydə alınır və bu bütün hallarda cəmiyyətin diqqətini çəkir:Daha sonra ekspert hərbi xidmət dövründə qeyri-döyüş şəraitində həyatını itirən şəxslərə də şəhid statusunun verilməsini məqsədəuyğun saydığını dilə gətirib:"Amma burada beynəlxalq təcrübəyə istinad edilir. Təkcə Türkiyə silahlı qüvvələrində xidmət zamanı həyatını itirən istənilən şəxsə şəhid statusu verilir. Bizim ordumuz da Türkiyə modelinə keçdiyinə görə, düşünürəm ki, gələcəkdə bu məsələyə baxılacaq", - deyə Emin Həsənli bildirib.Hərbi ekpsert Elxan Şixəliyev bildirib ki, qeyri-döyüş itkiləri xüsusi araşdırmalar nəticəsində qiymətləndirilir. Onun sözlərinə görə, bəzi hallarda buna görə həlak olmuş şəxsə şəhid statusu verilməyə də bilər:"Ölüm halları fərdi qaydada araşdırılır və buna uyğun rəy verilir. Əgər hərbi qulluqçu hərbi tapşırığı icra edərkən həyatını itirərsə, ona şəhid status verilir".Ekspert qeyri-döyüş şəraitində baş verən itkilərin psixoloji təsirlərinə də toxunub. O deyib ki, hərbi xidmət dövründə hərbi qulluqçunun həyatını itirməsi halında bəzən şəhidlik statusu verilməyə bilər:Ekspert psixoloji faktorların qeyri-döyüş itkilərinə təsirləri barədə danışarkən bildirib ki, müharibə keçmiş şəxs xidməti davam etdirdiyi zaman intihar etmir:"Amma mülkidən çağırılmış şəxslərdə vəziyyət fərqlidir. Mülki həyatdan qaynaqlanan səbəblər əksəriyyət hallarda qeydə alınan itkilərin əsas amilinə çevrilir. Bu baxımdan hərbi strukturlardakı mövcud tərbiyəvi işlər aparılması ilə məşğul olan idarələrin üzərinə böyük məsuliyyət düşür. Əgər müvafiq qurumların apardığı tərbiyə işləri effekt vermirsə, bu həmin strukturların işində müəyyən boşluqların olduğunu deməyə əsas verir. Bu idarələr hərbi qulluqçunu dinləməlidir, onun dərdlərinə qulaq asmalıdır. Düşünürəm ki, həmin idarələrin işində effektivlik olmasa idi, qeyri-döyüş itkilərin sayı arta bilərdi. Ümumilikdə götürdükdə isə, dünyanın ən inkişaf etmiş ordularında belə qeyri-döyüş itkiləri baş verir", deyə ekspert fikrini tamamlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/03/426130080_170:0:2901:2048_1920x0_80_0_0_d5931c29258d6394a01d82df86030cd9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
döyüş, itki
Cəmiyyəti narahat edən qeyri-döyüş itkiləri - Harada boşluq buraxılıb?
Hərbi ekspert hesab edir ki, Azərbaycan xalqı ordusuna böyük rəğbət bəslədiyindən qeydə alınan qeyri-döyüş itkiləri narahatlıqla qarşılanır.
BAKI, 10 avqust — Sputnik. Azərbaycan ordusunun itkiləri hər zaman cəmiyyətin diqqətində olan əsas məsələlərdən birdir. Xüsusən də bu itkilər qeyri-döyüş şəraitində baş verəndə cəmiyyət tərəfindən daha çox narahatlıqla qarşılanır. Vətən Müharibəsindən keçən iki ilə yaxın bir müddətdə də ordumuzda qeyri-döyüş itkiləri qeydə alınmaqdadır. Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq həyatını itirən hərbi qulluqçular barədə məlumat verilsə də, post-müharibə dövründəki qeyri-döyüş itkilərimizin dəqiq sayı açıqlanmayıb.
Sputnik Azərbaycan qeyri-döyüş itkilərinin səbəbləri, psixoloji aspektləri, həlak olanların statusu ilə bağlı hərbi ekspertlərin fikirlərini öyrənib.
Mövzu ilə bağlı hərbi ekspertlər Elxan Şıxəliyev və Emin Həsənli fikirlərini bölüşüb.
Ekspert Emin Həsənli qeyd edir ki, dünyadakı bir çox ölkələrin ordusunda qeyri-döyüş itkiləri qeydə alınır və bu bütün hallarda cəmiyyətin diqqətini çəkir:
"Azərbaycan xalqı ordusuna böyük rəğbət bəslədiyindən qeydə alınan qeyri-döyüş itkiləri narahatlıqla qarşılanır. Həyatını itirən hərbi qulluqçulara status məsələsinə gəldikdə isə bu araşdırma tələb edən məsələdir. Bütün baş vermiş hallarla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır və nəticəyə uyğun olaraq qərar qəbul edilir. Mən onun tərəfdarıyam ki, hərbi xidmət dövründə xəsarət almış şəxslərə də əlillik təyinatı verilərkən bu müharibə əlili kimi qeyd olunmalıdır. Düzdür, ola bilsin ki, həmin şəxs müharibədə olmayıb, ancaq həmin şəxsin aldığı xəsarət xidmət dövründə baş verib".
Daha sonra ekspert hərbi xidmət dövründə qeyri-döyüş şəraitində həyatını itirən şəxslərə də şəhid statusunun verilməsini məqsədəuyğun saydığını dilə gətirib:
"Amma burada beynəlxalq təcrübəyə istinad edilir. Təkcə Türkiyə silahlı qüvvələrində xidmət zamanı həyatını itirən istənilən şəxsə şəhid statusu verilir. Bizim ordumuz da Türkiyə modelinə keçdiyinə görə, düşünürəm ki, gələcəkdə bu məsələyə baxılacaq", - deyə Emin Həsənli bildirib.
Hərbi ekpsert Elxan Şixəliyev bildirib ki, qeyri-döyüş itkiləri xüsusi araşdırmalar nəticəsində qiymətləndirilir. Onun sözlərinə görə, bəzi hallarda buna görə həlak olmuş şəxsə şəhid statusu verilməyə də bilər:
"Ölüm halları fərdi qaydada araşdırılır və buna uyğun rəy verilir. Əgər hərbi qulluqçu hərbi tapşırığı icra edərkən həyatını itirərsə, ona şəhid status verilir".
Ekspert qeyri-döyüş şəraitində baş verən itkilərin psixoloji təsirlərinə də toxunub. O deyib ki, hərbi xidmət dövründə hərbi qulluqçunun həyatını itirməsi halında bəzən şəhidlik statusu verilməyə bilər:
"Bu isə ailələr tərəfindən xoş qarşılanmır, ancaq statusun verilməməsinin əsasında hüquqi amillər dayanır. Bir çox hallarda isə qeyri-döyüş şəraitində baş vermiş itkilərə görə şəhid statusunun verilməməsini valideynlər normal qəbul edirlər. Hazırkı adı nə sülh, nə də müharibə olmayan şəraitdə hərbi forma daşımağın riskləri çox böyükdür. Xüsusən də minalı ərazilərin yaratdığı təhlükələri göz önünə almalıyıq. Düşünürəm ki, Ermənistanla sülh sazişinin bağlanması qeyri-döyüş itkilərini minimuma gətirib çıxarda bilər".
Ekspert psixoloji faktorların qeyri-döyüş itkilərinə təsirləri barədə danışarkən bildirib ki, müharibə keçmiş şəxs xidməti davam etdirdiyi zaman intihar etmir:
"Amma mülkidən çağırılmış şəxslərdə vəziyyət fərqlidir. Mülki həyatdan qaynaqlanan səbəblər əksəriyyət hallarda qeydə alınan itkilərin əsas amilinə çevrilir. Bu baxımdan hərbi strukturlardakı mövcud tərbiyəvi işlər aparılması ilə məşğul olan idarələrin üzərinə böyük məsuliyyət düşür. Əgər müvafiq qurumların apardığı tərbiyə işləri effekt vermirsə, bu həmin strukturların işində müəyyən boşluqların olduğunu deməyə əsas verir. Bu idarələr hərbi qulluqçunu dinləməlidir, onun dərdlərinə qulaq asmalıdır. Düşünürəm ki, həmin idarələrin işində effektivlik olmasa idi, qeyri-döyüş itkilərin sayı arta bilərdi. Ümumilikdə götürdükdə isə, dünyanın ən inkişaf etmiş ordularında belə qeyri-döyüş itkiləri baş verir", deyə ekspert fikrini tamamlayıb.