CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən qadın cəzalandırıldı

© Sputnik / Irade JELILZiyarətgah, arxiv şəkli
Ziyarətgah, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.08.2022
Abunə olmaq
Valideynlərin azyaşlı övladları ilə birgə Şamaxı rayonu ərazisində olan ziyarətgahlara gedişini və orada dini ayinlərin icra olunmasını təşkil edən şəxs polis tərəfindən müəyyənləşdirilib.
BAKI, 10 avqust — Sputnik. Bir qrup şəxsin azyaşlı övladları ilə birgə ziyarətgahlara və pirlərə aparılması və orada dini ayinlərin icrasının təşkil edilməsi ilə bağlı bəzi xəbər saytlarında məlumatlar yayılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, valideynlərin azyaşlı övladları ilə birgə Şamaxı rayonu ərazisində olan ziyarətgahlara gedişini və orada dini ayinlərin icra olunmasını təşkil edən 1970-ci il təvəllüdlü Ş.Səbriyeva polis əməkdaşları tərəfindən müəyyənləşdirilib.
Onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ş.Səbriyeva inzibati məsuliyyətə cəlb edilib.
Xəbər lenti
0