Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Tank biatlonu" müsabiqəsinin püşkatma mərasimi keçirilib

© Sputnik / Evgeniy Odinokov / Mediabanka keçidAzərbaycan ordusunun tankı
Azərbaycan ordusunun tankı - Sputnik Azərbaycan, 1920, 09.08.2022
Abunə olmaq
Komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 13-də yarışların birinci günündə çıxış edəcəklər
BAKI, 9 avqust — Sputnik. Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2022" yarışları çərçivəsində keçiriləcək "Tank biatlonu" müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 13-də yarışların birinci günündə çıxış edəcəklər.
Komandamız Monqolustandan olan tank heyəti ilə yarışacaq.
Xəbər lenti
0