Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkidə mikroavtobus və yük avtomobili toqquşub, yaralananlar var

© Sputnik / Musa MuradliTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 09.08.2022
Abunə olmaq
Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər xəsarət alıb.
BAKI, 9 avqust — Sputnik. Şəkidə mikroavtobus qəzaya düşüb.
"Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında Qarameryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Vərəzət kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şəki-Bakı marşrut xətti ilə hərəkət edən "Ford" markalı mikroavtobusla "Mercedes" markalı yük avtomobili toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda körpü - Sputnik Azərbaycan, 1920, 23.07.2022
HADİSƏ
Bakı-Sumqayıt yolunda zəncirvari qəza
Xəbər lenti
0