https://sputnik.az/20220809/neftin-ucuzlasmasi-azerbaycanin-budcesine-zerer-vuracaqmi-444818488.html
Neftin ucuzlaşması Azərbaycanın büdcəsinə zərər vuracaqmı?
Neftin ucuzlaşması Azərbaycanın büdcəsinə zərər vuracaqmı?
Sputnik Azərbaycan
Dünya bazarında neftin qiymətinin yüksək olması hökuməti ölkənin dövlət büdcəsinə yenidən baxmağa, qiymət proqnozunu bir barel üçün 50 dollardan 85 dollara... 09.08.2022, Sputnik Azərbaycan
2022-08-09T09:29+0400
2022-08-09T09:29+0400
2022-08-09T09:29+0400
neft-qaz
neft
qiymət
azərbaycan
büdcə
https://cdnn1.img.sputnik.az/img/40377/99/403779903_0:0:2439:1372_1920x0_80_0_0_a3800ae5ebd37395c854f73cd56aee26.jpg
BAKI, 9 avqust - Sputnik. İlin əvvəlindən artan neft qiymətləri ilk dəfə olaraq kəskin ucuzlaşmağa başlayıb - ötən həftənin nəticələrinə görə, Brent markalı neftin bir bareli 15 dollardan çox ucuzlaşıb. Belə ki, bazar ertəsi, avqustun 8-də neftin qiyməti orta hesabla 1% ucuzlaşaraq 93,8 dollar təşkil edib.Analitiklər neftin qiymətinin aşağı düşməsini bir neçə amillə əlaqələndirirlər. İlk növbədə, "qara qızıl"ın qiymətinə tələbin perspektivi təsir edib - bazarlar ən böyük tənəzzülü gözləyir. Bunu bir sıra ölkələrin iqtisadi göstəriciləri və dünya mərkəzi banklarının bəyanatları da göstərir.Bundan başqa, OPEC+-ın ixracatçı ölkələrin neft hasilat kvotalarını gündə 100 min barel artırmaq qərarı da qiymətlərin aşağı düşməsinə səbəb olur.Eyni zamanda, OPEC+ sazişi çərçivəsində əvvəllər müzakirə olunmuş neft həcmlərinin tədarükündəki çatışmazlıq qiymətlərin çökməsi zamanı çəkindirici vasitə kimi çıxış edir.Neftin yüksək qiyməti Azərbaycanın büdcəsini yenidən strukturlaşdırıbAzərbaycan hökuməti karbohidrogenlərin rekord qiymətlərini nəzərə alaraq, ölkənin cari ilin büdcəsinə yenidən baxılması barədə qərar qəbul edib.Belə ki, daha yüksək gəlirlər gözləyən Nazirlər Kabineti büdcə xərclərini də artırıb.Belə ki, 2022-ci ilin dəqiqləşdirilmiş büdcəsində gəlirlər 29,197 milyard manat, xərclər 32,303 milyard manat məbləğində təsdiq edilib.Eyni zamanda, gəlir proqnozları Azərbaycan neftinin əvvəllər təsdiq edilmiş büdcədəki 50 dollara qarşı 85 dollar/barel ixrac qiyməti əsasında hesablanır.Belə ki, Azərbaycan hökuməti dövlət büdcəsinin xərclərini 2,4 milyard manat artırmaqla, əsasən, müdafiə, sosial xərclər və işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı xərcləri artırıb.Neftin ucuzlaşması Azərbaycanın gəlirlərini aşağı salmayacaqNeft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, dünya bazarında neftin maya dəyərinin aşağı düşməsi Azərbaycanın gəlirlərini azaltmayacaq.“İlin birinci yarısının yekunlarına görə, Azərbaycanda neftin orta ixrac qiyməti 102 dollardan çox olub. Yeddi ayın yekunlarına görə, bu rəqəm təxminən 106 dollar təşkil edib”, - deyə Şaban Sputnik Azərbaycan-a bildirib.Ekspertin fikrincə, neftin qiymətinin aşağı düşməsinin Azərbaycanın büdcə gəlirlərinə mənfi təsir göstərməsi üçün Azərbaycan neftinin ixrac qiymətinin bir barel üçün 35-40 dollar civarında olması lazımdır ki, bu da ssenari indiki şəraitdə mümkün deyil.“Ona görə də sentyabra qədər “qara qızıl”ın qiyməti 80 dollara düşsə belə, təşviş üçün əsas yoxdur – Azərbaycan bundan əziyyət çəkməyəcək və dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılan səviyyədə qalacaq”, deyə Şaban bildirib.İlin sonuna qədər neft bahalaşacaqİqtisad elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat kafedrasının dosenti Emin Qəribli hesab edir ki, neftin qiymətinin indi düşməsinə baxmayaraq, 2022-ci ilin sonuna qədər Aİ ilin sonuna qədər Rusiya neftindən imtina etməyi öhdəsinə götürdüyü üçün qiymətlər yenidən kəskin arta bilər. “Ümumiyyətlə, neftin qiymətini proqnozlaşdırmaq çox çətindir, çünki “qara qızıl”ın qiyməti daha çox siyasi amillərdən asılıdır. Yalnız tələb və təklifə istinad etsəniz, qiymət proqnozu vermək olar. Bu gün analitiklər qlobal iqtisadiyyatda tənəzzülü proqnozlaşdırırlar, üstəlik, Səudiyyə Ərəbistanı bazarlara daha çox ixrac etməyə başlayıb – bütün bunlar qısa müddətdə neftin qiymətini aşağı sala bilər”, - deyə Qəribli Sputnik Azərbaycan-a bildirib.İqtisadçının fikrincə, fors-major hallar olmasa, qiymətlər bu ilin sonuna kimi 100 dollar səviyyəsində qalacaq."Qiymətlər 80 dollara düşərsə, bu, Azərbaycan üçün yenə də çox məqbul qiymətdir. 80-100 dollar arası qiymətlər iqtisadiyyatın sabitliyini təmin edəcək həddir. Neftin qiyməti 120-130 dollardan yuxarı qalxarsa, əks reaksiya yaranacaq və qiymətlər daha sonra kəskin ucuzlaşacaq”, - deyə Qəribli qeyd edib.Ümumiyyətlə, ekspert əlavə edib ki, qiymətlər ölkə büdcəsinə mənfi təsir edəcək səviyyəyə düşsə belə, Azərbaycanda uğurla fəaliyyət göstərən Dövlət Neft Fondu neftin ucuzlaşmasını kompensasiya edə bilər.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40377/99/403779903_0:0:1829:1372_1920x0_80_0_0_81745ad85027154ecc952e88875ca411.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
neft, qiymət, azərbaycan, büdcə
neft, qiymət, azərbaycan, büdcə
Neftin ucuzlaşması Azərbaycanın büdcəsinə zərər vuracaqmı?
Dünya bazarında neftin qiymətinin yüksək olması hökuməti ölkənin dövlət büdcəsinə yenidən baxmağa, qiymət proqnozunu bir barel üçün 50 dollardan 85 dollara dəyişdirməyə səbəb olub.
BAKI, 9 avqust - Sputnik. İlin əvvəlindən artan neft qiymətləri ilk dəfə olaraq kəskin ucuzlaşmağa başlayıb - ötən həftənin nəticələrinə görə, Brent markalı neftin bir bareli 15 dollardan çox ucuzlaşıb. Belə ki, bazar ertəsi, avqustun 8-də neftin qiyməti orta hesabla 1% ucuzlaşaraq 93,8 dollar təşkil edib.
Analitiklər neftin qiymətinin aşağı düşməsini bir neçə amillə əlaqələndirirlər. İlk növbədə, "qara qızıl"ın qiymətinə tələbin perspektivi təsir edib - bazarlar ən böyük tənəzzülü gözləyir. Bunu bir sıra ölkələrin iqtisadi göstəriciləri və dünya mərkəzi banklarının bəyanatları da göstərir.
Bundan başqa, OPEC+-ın ixracatçı ölkələrin neft hasilat kvotalarını gündə 100 min barel artırmaq qərarı da qiymətlərin aşağı düşməsinə səbəb olur.
Eyni zamanda, OPEC+ sazişi çərçivəsində əvvəllər müzakirə olunmuş neft həcmlərinin tədarükündəki çatışmazlıq qiymətlərin çökməsi zamanı çəkindirici vasitə kimi çıxış edir.
Neftin yüksək qiyməti Azərbaycanın büdcəsini yenidən strukturlaşdırıb
Azərbaycan hökuməti karbohidrogenlərin rekord qiymətlərini nəzərə alaraq, ölkənin cari ilin büdcəsinə yenidən baxılması barədə qərar qəbul edib.
Belə ki, daha yüksək gəlirlər gözləyən Nazirlər Kabineti büdcə xərclərini də artırıb.
Belə ki, 2022-ci ilin dəqiqləşdirilmiş büdcəsində gəlirlər 29,197 milyard manat, xərclər 32,303 milyard manat məbləğində təsdiq edilib.
Eyni zamanda, gəlir proqnozları Azərbaycan neftinin əvvəllər təsdiq edilmiş büdcədəki 50 dollara qarşı 85 dollar/barel ixrac qiyməti əsasında hesablanır.
Belə ki, Azərbaycan hökuməti dövlət büdcəsinin xərclərini 2,4 milyard manat artırmaqla, əsasən, müdafiə, sosial xərclər və işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı xərcləri artırıb.
Neftin ucuzlaşması Azərbaycanın gəlirlərini aşağı salmayacaq
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, dünya bazarında neftin maya dəyərinin aşağı düşməsi Azərbaycanın gəlirlərini azaltmayacaq.
“İlin birinci yarısının yekunlarına görə, Azərbaycanda neftin orta ixrac qiyməti 102 dollardan çox olub. Yeddi ayın yekunlarına görə, bu rəqəm təxminən 106 dollar təşkil edib”, - deyə Şaban Sputnik Azərbaycan-a bildirib.
Ekspertin fikrincə, neftin qiymətinin aşağı düşməsinin Azərbaycanın büdcə gəlirlərinə mənfi təsir göstərməsi üçün Azərbaycan neftinin ixrac qiymətinin bir barel üçün 35-40 dollar civarında olması lazımdır ki, bu da ssenari indiki şəraitdə mümkün deyil.
“Ona görə də sentyabra qədər “qara qızıl”ın qiyməti 80 dollara düşsə belə, təşviş üçün əsas yoxdur – Azərbaycan bundan əziyyət çəkməyəcək və dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılan səviyyədə qalacaq”, deyə Şaban bildirib.
İlin sonuna qədər neft bahalaşacaq
İqtisad elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat kafedrasının dosenti Emin Qəribli hesab edir ki, neftin qiymətinin indi düşməsinə baxmayaraq, 2022-ci ilin sonuna qədər Aİ ilin sonuna qədər Rusiya neftindən imtina etməyi öhdəsinə götürdüyü üçün qiymətlər yenidən kəskin arta bilər.
“Ümumiyyətlə, neftin qiymətini proqnozlaşdırmaq çox çətindir, çünki “qara qızıl”ın qiyməti daha çox siyasi amillərdən asılıdır. Yalnız tələb və təklifə istinad etsəniz, qiymət proqnozu vermək olar. Bu gün analitiklər qlobal iqtisadiyyatda tənəzzülü proqnozlaşdırırlar, üstəlik, Səudiyyə Ərəbistanı bazarlara daha çox ixrac etməyə başlayıb – bütün bunlar qısa müddətdə neftin qiymətini aşağı sala bilər”, - deyə Qəribli Sputnik Azərbaycan-a bildirib.
İqtisadçının fikrincə, fors-major hallar olmasa, qiymətlər bu ilin sonuna kimi 100 dollar səviyyəsində qalacaq.
"Qiymətlər 80 dollara düşərsə, bu, Azərbaycan üçün yenə də çox məqbul qiymətdir. 80-100 dollar arası qiymətlər iqtisadiyyatın sabitliyini təmin edəcək həddir. Neftin qiyməti 120-130 dollardan yuxarı qalxarsa, əks reaksiya yaranacaq və qiymətlər daha sonra kəskin ucuzlaşacaq”, - deyə Qəribli qeyd edib.
Ümumiyyətlə, ekspert əlavə edib ki, qiymətlər ölkə büdcəsinə mənfi təsir edəcək səviyyəyə düşsə belə, Azərbaycanda uğurla fəaliyyət göstərən Dövlət Neft Fondu neftin ucuzlaşmasını kompensasiya edə bilər.