SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev ŞKTC-nin lideri Ersin Tatarı qəbul edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər  - Sputnik Azərbaycan, 1920, 09.08.2022
Abunə olmaq
Liderlər Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmini vurğulayıblar.
BAKI, 9 avqust - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.
Görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulanıb.
Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edilib.
Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub.
Xatırladaq ki, bundan əvvəl İlham Əliyev Konyada Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyehi qəbul edib.
İlham Əliyev Konyada Fələstinin Baş naziri ilə görüşdü  - Sputnik Azərbaycan, 1920, 09.08.2022
SİYASƏT
İlham Əliyev Fələstin lideri ilə görüşüb
Xəbər lenti
0