https://sputnik.az/20220809/kv-erdogan-ve-esed-arasinda-telefon-danisigi-bas-tuta-biler-444829550.html
KİV: Ərdoğan və Əsəd arasında telefon danışığı baş tuta bilər
KİV: Ərdoğan və Əsəd arasında telefon danışığı baş tuta bilər
Sputnik Azərbaycan
Putin Ərdoğan və Əsədi şəxsən görüşməyə dəvət etsə də, Ankara hesab edir ki, bu cür danışıqlar üçün əlverişli məqam hələ yetişməyib. 09.08.2022, Sputnik Azərbaycan
2022-08-09T13:57+0400
2022-08-09T13:57+0400
2022-08-09T13:57+0400
rəcəb tayyip ərdoğan
dünya xəbərləri
bəşər əsəd
telefon danışığı
https://cdnn1.img.sputnik.az/img/40597/84/405978411_0:339:2277:1620_1920x0_80_0_0_1e8618ebca854fbc280d26872a1c84ae.jpg
BAKI, 9 avqust — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd ölkənin şimalındakı vəziyyətlə bağlı birbaşa telefon danışığı apara bilərlər. Bu ideyanı Türkiyə və Suriya liderinə Rusiya prezidenti Vladimir Putin təklif edib."Bildiyiniz kimi, bu yaxınlarda Soçiyə səfər edən prezident Ərdoğan Rusiya lideri Putinlə Suriya ilə bağlı fikir mübadiləsi aparıb. Qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, Suriya ilə sərhəddə terror strukturlarının olmasına baxmayaraq, Putin ona təklif edib ki, mümkün olduqca bu məsələri Suriya hökuməti ilə həll etsəniz daha yaxşı olacaq – məlumatda deyilir.Bundan əlavə, KİV-in məlumatına görə, Putin Ərdoğan və Əsədi şəxsən görüşməyə dəvət edib. Buna baxmayaraq, Ankara hesab edir ki, bu cür danışıqlar üçün əlverişli məqam hələ yetişməyib."Ancaq qeyd olunub ki, Ərdoğanla Əsəd arasında telefon danışıqları baş tuta bilər. Türkiyə ilə Suriya arasındakı danışıqlarda bölgəni yaxşı tanıyan ekspertlərdən ibarət komissiyanın formalaşmasına başlanılıb.Daha əvvəl Dmitri Peskov bildirib ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi görüş hər iki ölkənin nümayəndə heyətləri bütün ev tapşırıqlarını yerinə yetirdikdən sonra baş tuta bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40597/84/405978411_97:0:2257:1620_1920x0_80_0_0_26e20606f5f29ef5d6cc02f009bad3e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rəcəb tayyip ərdoğan, bəşər əsəd, telefon danışığı
rəcəb tayyip ərdoğan, bəşər əsəd, telefon danışığı
KİV: Ərdoğan və Əsəd arasında telefon danışığı baş tuta bilər
Putin Ərdoğan və Əsədi şəxsən görüşməyə dəvət etsə də, Ankara hesab edir ki, bu cür danışıqlar üçün əlverişli məqam hələ yetişməyib.
BAKI, 9 avqust — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd ölkənin şimalındakı vəziyyətlə bağlı birbaşa telefon danışığı apara bilərlər. Bu ideyanı Türkiyə və Suriya liderinə Rusiya prezidenti Vladimir Putin təklif edib.
"Bildiyiniz kimi, bu yaxınlarda Soçiyə səfər edən prezident Ərdoğan Rusiya lideri Putinlə Suriya ilə bağlı fikir mübadiləsi aparıb. Qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, Suriya ilə sərhəddə terror strukturlarının olmasına baxmayaraq, Putin ona təklif edib ki, mümkün olduqca bu məsələri Suriya hökuməti ilə həll etsəniz daha yaxşı olacaq – məlumatda deyilir.
Bundan əlavə, KİV-in məlumatına görə, Putin Ərdoğan və Əsədi şəxsən görüşməyə dəvət edib. Buna baxmayaraq, Ankara hesab edir ki, bu cür danışıqlar üçün əlverişli məqam hələ yetişməyib.
"Ancaq qeyd olunub ki, Ərdoğanla Əsəd arasında telefon danışıqları baş tuta bilər. Türkiyə ilə Suriya arasındakı danışıqlarda bölgəni yaxşı tanıyan ekspertlərdən ibarət komissiyanın formalaşmasına başlanılıb.
Daha əvvəl Dmitri Peskov bildirib ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi görüş hər iki ölkənin nümayəndə heyətləri bütün ev tapşırıqlarını yerinə yetirdikdən sonra baş tuta bilər.