QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hikmət Hacıyevdən Laçın barədə paylaşım

© Sputnik / Murad OrudjevPrezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıye
Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıye - Sputnik Azərbaycan, 1920, 09.08.2022
Abunə olmaq
Prezidentin köməkçisi: İşğaldan sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq Laçında məskunlaşdırılıb
BAKI, 9 avqust - Sputnik. Laçının işğalı və yağmalanmasından sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq bu ərazilərdə məskunlaşdırılıblar.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Twitter“ hesabındakı paylaşımında qeyd edib.
Hikmət Hacıyev “The Times” nəşrinin işğalla bağlı reportajını da paylaşıb.
“Ermənistan tərəfindən 1992-ci ildə Laçının Zabux kəndinin qanunsuz işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin "The Times" reportajı. İşğaldan sonra Yaxın Şərqdən olan ermənilərin qanunsuz məskunlaşdırılması aparıldı. Əlyazmalar yanmır”, - Prezidentin köməkçisi vurğulayıb.
Prezident İlham Əliyevin Kəlbəcər və laçın rayonlarına səfəri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.06.2022
CƏMİYYƏT
Prezidentin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri - Təfərrüatlar
Xəbər lenti
0