CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri - Təfərrüatlar

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevin Kəlbəcər və laçın rayonlarına səfəri, arxiv şəkli
Prezident İlham Əliyevin Kəlbəcər və laçın rayonlarına səfəri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.06.2022
Abunə olmaq
Dövlət başçısı bir sıra energetika və infrastruktur obyektlərində işlərin gedişi ilə tanış olub.
BAKI, 26 iyun - Sputnik. İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. Bu barədə azərtac xəbər yayıb.
Dövlətimizin başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub.
Dövlətimizin başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub.
Dövlətimizin başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib.
Sonra Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub.
Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib.
Prezident İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0