CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həvəslə alıb yediyimiz "nehrə yağı" əslində nədir?

© Sputnik / Murad OrujovYarmarka: “Kənddən Şəhərə”
Yarmarka:  “Kənddən Şəhərə”  - Sputnik Azərbaycan, 1920, 09.08.2022
Abunə olmaq
Kənd yağı, nehrə yağı adı altında bazara çıxarılan məhsullar təhlükə mənbəyidir.
BAKI, 9 avqust — Sputnik. Azərbaycanda yağ istehsalı ilə bağlı böyük problemlər var. Kəndlilər marqarini nehrə yağının tərkibinə qataraq camaata satırlar. Kəndlini buna vadar edən səbəb isə heyvan üçün yemlərin çox baha olmasıdır. Yəni, kəndli sanki bununla özü üçün vəziyyəti kompensasiya etmiş olur.
Bunu Bakıda kiçik keçiçilik təsərrüfatı ilə məşğul olan kəndli-fermer Bəxtiyar Məmmədov deyib.
Fermerin sözlərinə görə, kəndli marqarini yağa qatmaqla hər məhsulda 2-3 manat qabağa düşməyi hədəfləyir. Onlardan fərqli olaraq, məhsulu alan işbazlar isə dah böyük fııldağa əl atır, daha çox qazanılar:

"Onlar kərə yağını aldıqları pendirin tərkibindən çıxarıb ayrıca satırlar. Palma yağını isə pendirin tərkibinə qataraq yağlılıq yaradırlar".

Nə etməli?
Palma yağının zərərlərindən danışan B.Məmmədov bildirir ki, bu cür yağlar insan orqanizmində həll olunmadığından bədxassəli şişlər yaradır. O təklif olaraq irəli sürü ki, qida təhlükəsizliyini qorumaq, belə zəhərli yağlardan qurtulmaq üçün kiçik ailə təsərrüfatlarının sayı artırılmalı və bunun üçün imkanlar genişləndirilməlidir.
Fermer onu da qeyd edir ki, imkanı olmadığı üçün bəslədiyi heyvanları yonca ilə qidalandırmağa məcburdur:
"Hazırda 1 kiloqram arpanın, buğdanın qiyməti 60-70 qəpikdir. Bir heyvanın günlük qida xərci isə təxminən 5 manatdır. Bunun üzərinə kəndlinin həmin heyvan üçün baytarlıq xidmətinə görə xərcləri gəldikdə istehsalçının ziyanı daha da çoxalır. Məsələn mənim imkanım olsa, heyvanıma meyvə-tərəvəz də verərəm ki, daha sağlam olsun və südü daha yağlı, keyfiyyətli olsun".
B.Məmmədov qeyd edir ki, ümumiyyətlə yemlərin qiyməti aşağı olarsa, təsərrüfatı daha da genişləndirmək, bununla təmiz yağ istehsalını artımaq olar:

"Kəndli heyvanı necə qidalandırırsa, o cür də nəticə əldə edir. Nəticə də göz qabağındadır".

Qurumlar nə iş görür?
B.Məmmədov deyir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi heç bir iş görmür:
"AQTA kiçik ailə təsərrüfatlarının inkişafı üçün yollar açmalıdır. Sovet dövründə süd toplama məntəqələri var idi. AQTA bölgələrdə belə məntəqələri yaratmalı, buna nəzarət etməlidirlər. Onlar istehsalçıdan istehlakçıya sağlam qidanın satılması prosesini yaxından izləməlidirlər".
O həmçinin Kəd Təsərrüfatı Nazirliyinin də bu işə böyük töhfə verməsinin vacibliyini vurğulayıb:
"Lakin təəssüf ki, ölkədə yağ isehsalını təşviq edəcək hər hansı qurum yoxdur".
Sumqayıtda öz hesabına kiçik heyvandarlıq təsərrüfatı ilə məşğul olan digər fermer Pərvin Məmmədov yağ istehsalını genişləndirmək istəyir. Lakin bunun üçün hansısa şəraitin olmadığını deyir:
"Bunun üçün sex, avadanlıqlar olmalıdır. Bu olarsa, bizim istehsalımız yaxşı, daha çox olar".
O artıq kömək üçün ABAD-a (Ailə Biznesinə Asan Dəstək) müraciət etdikləini vurğulayıb.
Bazara idxal erdirlən yağlarla bağlı vəziyyət necədir?
Qida üzrə eskpert Ağa Salamov sağlam və təhlükəsiz yağdan danışır, o hibrid toxumdan əmələ gələn yağın ölkəyə idxalının əleyhinə olduğunu vurğulayır.
Bir kiloqram kərə yağını əldə etmək üçün yağlılığından asılı olaraq 20-25 litr südə ehtiyac olduğunu deyən ekspert məhsulun daşınma və digər xərclərini də əlavə etdikdə yağın yerli bazarlarda daha baha deyil, ucuz satıldığını vuğulayır:

"Məsələn, İrandan gətirilən kərə yağının qiyməti 12 manatdır".

Qida eksperti keyfiyyətli yağın əldə olunması üçün çıxış yolunu nədə görür?
A.Salamov bildirir ki, ən keyfiyyətli yağ nehrə yağıdır və onun saxlanma müddəti də olduqca azdır. Ölkə əhalisinin digər ölkələrlə müqayisədə çox olmadığını əsas gətirən ekspertin sözlərinə görə, meqapolis həyatından uzaqlaşıb kənd təsərrüfatına üstünlük verilsə, buna keçid olsa, əhalini normal kərə yağı ilə təmin etmək mümkün olar.
O həmçinin bildirir ki, bu sahənin inkişafı üçün inhisarçılığı aradan qaldırmaq lazımdır:

"Kəndliyə gübrə baha satılmamalıdır ki, kəndlinin görəcəyi işə marağı olsun. Kənd Təsərrüfatı Nazirliyinin işi odur ki, torpaqlardan analiz götürsün və müəyyənləşdirsin ki, hansı torpaq nə üçün yararlıdır".

Bundan başqa ekspert təmiz, saf məhsul əldə etmək üçün yerli qarğıdalı növlərinin əkilməli olduğunu deyir:
"Çünki bir məhsulun faydalı olması üçün onun ərazimizdə yetişdirilməsi şərtdir".
Azərbaycanın yağ istehsalı, idxalı, ixracı ilə bağlı rəqəmlər nə deyir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, daha öncəki illə müqayisədə Azərbaycanda kərə yağı istehsalı artıb. Belə ki, ötən il Azərbaycanın kərə yağı istehsalı 25740,9, duru və bitki yağının istehsalı 52372,6, marqarin istehsalı 47587,9 ton olub. Ötən il ərzində duru bitki yağının istehsalı 1,7 faiz, marqarin istehsalı isə 4,6 faiz azalıb.
İdxala gəldikdə, ötən ildə 13480,2 ton kərə yağı və digər süd yağları, 113,7 ton bitki yağı idxal edilib. Belə ki, bitki yağları – 10,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 9,5 faiz azalıb. 2021-ci illə müqayisədə 2020-ci ildə mühüm məhsul növlərindən biri kimi bitki yağlarının idxalı 16,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 17,7 faiz azalıb.
İxraca gəldikdə isə, ixracın strukturunda digər məhsullarla yanaşı bitki yağları da əsas paya malik olsa da, daha öncəki illə müqayisədə bitki yağlarının istehsalında 16,1 faiz azalma olub. Belə ki. 2021-ci ildə 10040,3 tondan artıq bitki yağı, 2824,3 tondan artıq marqarin ixrac edilib.
Azərbaycanda palma yağı idxalı artıb
Ən acınacaqlı vəziyyət isə palma yağı ilə bağlıdır. Belə ki, dünyada ən təhlükəli yağ olaraq tanınan palma yağının cari ilin yanvar-fevral aylarında Azərbaycana idxalı artıb. Qeyd olunan dövrdə xaricdən 25,19 milyon ABŞ dolları dəyərində 16 min 226 ton palma yağı gətirilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə kəmiyyət olaraq 54,4 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Belə ki, hesabat dövründə İndoneziyadan 21,76 milyon ABŞ dolları dəyərində 14 min 413 ton, Malayziyadan 3,43 milyon ABŞ dolları dəyərində 1 min 813 ton belə məhsul alınıb.
Daha öncəki illə müqayisədə Malayziyadan idxalda 7 dəfəyədək artım olub.
Xəbər lenti
0