https://sputnik.az/20220809/deniz-kubokuna-qatilan-komandalarin-rehber-heyetleri-ile-gorus-kecirilib-444846207.html
"Dəniz kuboku"na qatılan komandaların rəhbər heyətləri ilə görüş keçirilib
"Dəniz kuboku"na qatılan komandaların rəhbər heyətləri ilə görüş keçirilib
Sputnik Azərbaycan
Bəkirov beynəlxalq müsabiqənin iştirakçı ölkələrin hərbi dənizçilərinin mövcud əlaqələrinin inkişafı və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına böyük... 09.08.2022, Sputnik Azərbaycan
2022-08-09T20:00+0400
2022-08-09T20:00+0400
2022-08-09T20:08+0400
müdafiə nazirliyi
hərbi
https://cdnn1.img.sputnik.az/img/07e6/08/09/444845927_0:33:1000:596_1920x0_80_0_0_1784ce7138cd9ee40bc8239e770be3c8.jpg
BAKI, 9 avqust — Sputnik. Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak edən komandaların rəhbər heyətləri ilə təşkilati müşavirə formatında görüş keçirilib.Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov qonaqları salamlayaraq müsabiqədə iştirak edən komandalara müvəffəqiyyətlər arzulayıb.Kontr-admiral S.Bəkirov hər il keçirilən beynəlxalq müsabiqənin iştirakçı ölkələrin hərbi dənizçilərinin mövcud əlaqələrinin inkişafı və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, eləcə də Xəzər dənizinin təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verdiyini vurğulayıb.Qeyd olunub ki, artıq 5-ci dəfədir ki, ölkəmizdə təşkil olunan yarışın lazımi səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb.Bildirilib ki, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçilərinin iştirakı ilə keçiriləcək "Dəniz kuboku" müsabiqəsi hava şəraiti də nəzərə alınmaqla cari ilin avqust ayının 15-dən 25-dək davam edəcək.İştirakçı komandaların rəhbər heyətləri göstərilən xoş münasibətə və qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirib, ölkəmizdə təşkil olunan "Dəniz kuboku" müsabiqəsinin qarşılıqlı dostluq və yoldaşlıq mühitində keçiriləcəyinə əmin olduqlarını deyiblər.Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/09/444845927_81:0:920:629_1920x0_80_0_0_7b43c90c0cc76f2d5642e249f7d274e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi
"Dəniz kuboku"na qatılan komandaların rəhbər heyətləri ilə görüş keçirilib
20:00 09.08.2022 (Yenilənib: 20:08 09.08.2022) Bəkirov beynəlxalq müsabiqənin iştirakçı ölkələrin hərbi dənizçilərinin mövcud əlaqələrinin inkişafı və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına böyük töhfə verdiyini vurğulayıb.
BAKI, 9 avqust — Sputnik. Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak edən komandaların rəhbər heyətləri ilə təşkilati müşavirə formatında görüş keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov qonaqları salamlayaraq müsabiqədə iştirak edən komandalara müvəffəqiyyətlər arzulayıb.
Kontr-admiral S.Bəkirov hər il keçirilən beynəlxalq müsabiqənin iştirakçı ölkələrin hərbi dənizçilərinin mövcud əlaqələrinin inkişafı və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, eləcə də Xəzər dənizinin təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verdiyini vurğulayıb.
Qeyd olunub ki, artıq 5-ci dəfədir ki, ölkəmizdə təşkil olunan yarışın lazımi səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb.
Bildirilib ki, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçilərinin iştirakı ilə keçiriləcək "Dəniz kuboku" müsabiqəsi hava şəraiti də nəzərə alınmaqla cari ilin avqust ayının 15-dən 25-dək davam edəcək.
İştirakçı komandaların rəhbər heyətləri göstərilən xoş münasibətə və qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirib, ölkəmizdə təşkil olunan "Dəniz kuboku" müsabiqəsinin qarşılıqlı dostluq və yoldaşlıq mühitində keçiriləcəyinə əmin olduqlarını deyiblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.