Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Çox az qalıb". Ukrayna iqtisadiyyatı ilə nə baş verir

© AFP 2024 / GENYA SAVILOVKiyevə mənzərə
Kiyevə mənzərə - Sputnik Azərbaycan, 1920, 09.08.2022
Abunə olmaq
Rusiyanın xüsusi əməliyyatından əvvəl də Ukrayna iqtisadiyyatı son dərəcə zəif idi
BAKI, 9 avqust — Sputnik, Mixail Katkov. Ukrayna hakimiyyəti həyəcan təbili çalır: büdcədəki aylıq boşluq 5 milyard dollardan doqquz milyard dollara çatmaq üzrədir. Qərb kredit vermək istəmir. Nə dövlət işçilərinin maaşına, nə də hərbi xərclərə pul çatmır. Kiyevin müttəfiqləri hansı səbəbdən ləng tərpənirlər və xarici dəstək olmadan Ukraynanın taleyi necə olacaq – bu barədə RİA Novosti-nin materialında.
Qışa qədər yaşaya bilmək
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, "bəzi Aİ liderləri" 8 milyard dolların transferinə mane olur. "Bunsuz müəllimlər, təqaüdçülər, qaçqınlar və digər kateqoriyadan olan vətəndaşlar büdcə ödənişlərini ala bilməyəcəklər", - deyə o şikayət edib. Və deyib ki, avropalılar ya səhv edirlər, ya da cinayət. Öz növbəsində, prezident aparatının rəhbərinin müavini İqor Jovkva Almaniyanı transferin qarşısını almaqda ittiham edib.
Ukraynanın maliyyə naziri Sergey Marçenkonun sözlərinə görə, büdcəni sabitləşdirmək üçün ölkə hər ay Qərbdən, təxminən, 5 milyard dollar almalıdır. Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko isə hesab edir ki, 2022-ci ilin sonuna qədər tələb olunan məbləğ 9 milyarda yüksələcək.
Fevral ayından başlayaraq respublikaya 12,7 milyard dollar xarici yardım daxil olub. İlin sonuna qədər Kiyev daha 15-ə yaxın alacağına ümid edir.Ukraynanın 12,9 milyard ehtiyatı var, lakin Qərbin dəstəyi olmadan bu, cəmi bir neçə ay bəs edə bilər. Sonra isə - iqtisadiyyatın tam dağılması mümkündür.
Ukrayna Milli Bankı əlavə 240 milyard qrivna (6,5 milyard dollar) çap etməklə vəziyyəti düzəltməyə çalışıb. Bəzi ukraynalı maliyyəçilər dəzgahın söndürülməməsinin tərəfdarıdır, digərləri isə xəbərdarlıq edir ki, bu yolla hakimiyyət inflyasiyanı daha da sürətləndirəcək. Alternativ olaraq hökumət ƏDV-nin artırılmasını, yanacağa aksiz vergilərinin qaytarılmasını və idxala hərbi vergini müzakirə edir. Qanun layihəsi kimi sonuncu təklifə Ali Rada baxmalıdır: onun mahiyyəti idxal olunan mal və xidmətlərin alınması üçün valyuta mübadiləsinə on faizlik vergi tətbiq etməkdir.
Bununla belə, Marçenkonun sözlərinə görə, ilin əvvəlindən gömrük rüsumlarından daxilolmalar illik müqayisədə demək olar ki, 50 faiz azalıb. Amma əlavə vergi şübhəsiz ki, mağazalardakı qiymətlərə təsir edəcək. Forbes yazır ki, 2022-ci ilin sonuna qədər onlar artıq 30 faiz, 2023-cü ildə isə daha 20 faiz artmalıdırlar. Eyni zamanda yanacağın qiyməti 40-50 faiz bahalaşıb, qışa qədər isə 100 faiz bahalaşma proqnozlaşdırılır.
Onilliyin tənəzzülü
Kiyev İqtisadiyyat Məktəbinin məlumatına görə, Ukraynanın hərbi əməliyyatlar səbəbindən itkiləri, təxminən, 128,8 milyard dollar təşkil edib. Birbaşa zərərləri isə - 108,3 mlrd. O cümlədən, ən azı 388 müəssisə, 43 min kənd təsərrüfatı texnikası, 2000-ə yaxın mağaza, 18 hava limanı, 28 neft anbarı zədələnib və ya məhv edilib.
Bundan əlavə, Ukrayna müdafiə xərclərini 250 milyon dollardan 3,5 milyard dollara qədər artırıb. Eyni zamanda, Qərbin ayırdığı pullar hərbi ehtiyaclara xərclənə bilməz. Marçenkonun sözlərinə görə, avropalılar bunu diqqətlə izləyirlər. Kiyev Ukrayna Silahlı Qüvvələrini yalnız vergi gəlirləri hesabına maliyyələşdirir. Qoşunlara ayda, təxminən, 130 milyard qrivna (3,5 milyard dollar) tələb olunur, lakin ən yaxşı halda Ukrayna 90 milyard qrivna (2,4 milyard dollar) vergi toplayır. Həm də xüsusi əməliyyatın ilk aylarında bu məbləğ bir neçə dəfə az olub.
Ukrayna hökuməti gözləyir ki, ilin sonuna qədər büdcə kəsiri rekord həddə - 50 milyard dollar olub keçən ilki ÜDM-in demək olar ki, 35 faizini təşkil edəcək. Qərb ekspertləri hesab edirlər ki, 2022-ci ildə real ÜDM-də azalma 45 faizi keçə bilər. Ölkənin ən iri müəssisələri - "Naftoqaz", "Ukrenerqo" və "Ukravtodor" artıq iflas ərəfəsindədirlər.
Analitiklər hesablayıblar ki, Ukraynanın bundan sonra bərpası ən azı on il çəkəcək. Həm də, bu, o halda mümkündür ki, Ukraynanın Qara dənizə çıxış olsun.
Əriştə və uşaq bezləri
İqtisadçı Aleksandr Dudçak hesab edir ki, Kiyev resursların qalıqları respublikadan çıxarılana qədər komada saxlanılacaq. "Onlar tükəndikdə, Qərb maliyyə dəstəyini ləğv edəcək - və dövlət dağılacaq. Bundan çox az vaxt qalıb", - deyə ekspert əmindir. – "Eyni zamanda (on milyon qaçqın nəzərə alınmaqla) Ukrayna əhalisi altı ayda, təxminən, 20 milyon nəfərə qədər azalıb".
Demək lazımdır ki, Rusiyanın xüsusi əməliyyatından əvvəl də Ukrayna iqtisadiyyatı son dərəcə zəif idi. "Son bir neçə ildə respublika hökuməti defoltdan qaçmaq üçün çox səy göstərdi", - iqtisadçı Mixail Belyayev xatırladır. – "Rusiyanın iştirakı ilə hərbi əməliyyatlara xərclər isə Kiyev üçün dözülməz oldu".
"Əvvəlcə Qərb Ukraynaya fəal yardım edib, tezliklə qələbə qazanacağına ümid edirdi. Yarım ildən sonra Kiyev demək olar ki, bütün Donbass, Xerson və digər regionların bir hissəsini itirdi, sorğular isə artdı", — deyə Belyayev qeyd edir.
Nəzəri cəhətdən, əgər Ukraynada investisiya perspektivini başa düşsəydilər, Avropa İttifaqı ona daha çox vəsait ayıra bilərdi. Ancaq bir ildən sonra da ,borcları ödəmək üçün lazım olan bir neçə onillikdən sonra da, ölkənin başına nələr gələcəyini heç kim deyə bilməz. Bundan əlavə, hazırda Avropa dövlətləri öz iqtisadiyyatlarının yenidən qurulması prosesindədirlər, ona görə də özlərinə investisiya qoymaq daha sərfəlidir.
"Avropalılar Zelenskiyə lazım olan qədər pul verəcəklər ki, Ukrayna ilin sonuna qədər defolt olmasın. Üstəlik, əriştə, konservlər, uşaq bezləri kimi humanitar yardımlar da öz yerində", - deyə Belyayev qeyd edib.
İqtisadçı hesab edir ki, ABŞ Kiyevi daha çox dəstəkləyə biləcək, çünki Vaşinqton Rusiyanın zəifləyəcəyinə ümid edərək münaqişənin davam etdirilməsində maraqlıdır. Lakin onların köməyi, çətin ki, vəziyyəti dəyişsin.
Eyni zamanda, Belyayevin qeyd etdiyi kimi, Qərb birdən-birə Ukraynanı maliyyələşdirməyi dayandırarsa, 2022-ci ilin sonuna qədər onun iqtisadiyyatından, sadəcə olaraq, heç nə qalmayacaq.
"Dövlət işçiləri maaşlarını itirəcək, dövlət müəssisələri bağlanacaq. Əgər Ukrayna Milli Bankı mətbəəni işə salsa, bu, inflyasiyanın sürətlənməsinə səbəb olacaq", - deyə ekspert izah edib.
Ukrayna hər iki dünya müharibəsindən sonra Almaniya və ya vətəndaş müharibəsindən sonra SSRİ ilə eyni vəziyyətdə olacaq. Yeganə fərq ondadır ki, Moskva və Berlin öz iqtisadiyyatlarını sülh dövründə bərpa ediblər. Kiyevin isə, çox güman, bu imtiyazı olmaya bilər.
Xəbər lenti
0