https://sputnik.az/20220809/bezi-olkelerden-diri-qus-ve-heyvanlarin-getirilmesi-mehdudlasdirilib-444823664.html
Bəzi ölkələrdən diri quş və heyvanların gətirilməsi məhdudlaşdırılıb
Bəzi ölkələrdən diri quş və heyvanların gətirilməsi məhdudlaşdırılıb
Sputnik Azərbaycan
Başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir 09.08.2022, Sputnik Azərbaycan
2022-08-09T11:17+0400
2022-08-09T11:17+0400
2022-08-09T11:52+0400
iqtisadiyyat
quş əti
https://cdnn1.img.sputnik.az/img/07e6/05/05/441664125_0:0:2657:1495_1920x0_80_0_0_6c60555e21d222b174e67a1839cf9364.jpg
BAKI, 9 avqust — Sputnik. Rusiyanın Maqadan vilayətində və Şotlandiyanın Orkney adalarında yüksək patogen quş qripi, Rusiyanın Tıva Respublikasında isə nodulyar dermatit xəstəliyi qeydə alınıb.Həmin ərazilərdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların, o cümlədən Tıva Respublikasından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların ölkəmizə idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.AQTA başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/05/441664125_0:0:2657:1993_1920x0_80_0_0_154bee9509bce995130845a94e8d14a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
quş əti
Bəzi ölkələrdən diri quş və heyvanların gətirilməsi məhdudlaşdırılıb
11:17 09.08.2022 (Yenilənib: 11:52 09.08.2022) Başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir
BAKI, 9 avqust — Sputnik. Rusiyanın Maqadan vilayətində və Şotlandiyanın Orkney adalarında yüksək patogen quş qripi, Rusiyanın Tıva Respublikasında isə nodulyar dermatit xəstəliyi qeydə alınıb.
Həmin ərazilərdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların, o cümlədən Tıva Respublikasından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların ölkəmizə idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.
AQTA başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.