CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda kino rəssamı vəfat edib

© Sputnik / Murad OrujovQərənfil, arxiv şəkli
Qərənfil, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.08.2022
Abunə olmaq
Arif Məhərrəmovun rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilib.
BAKI, 9 avqust - Sputnik. Kino rəssamı, Azərbaycan Respublikasının Əməkdar rəssamı Arif Məhərrəmov vəfat edib.
Bu barədə Azərbaycan Kinorejissorlar Gildiyası məlumat yayıb.
Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olub.1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib.
Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor olub. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilib.
Xəbər lenti
0