Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda havanın qeyri-sabit keçməsinin səbəbi açıqlanıb

© Sputnik / Murad OrujovBakıya mənzərə
Bakıya mənzərə - Sputnik Azərbaycan, 1920, 09.08.2022
Abunə olmaq
Sabahdan respublika ərazisində hava normallaşır.
BAKI, 9 avqust — Sputnik. Şimaldan gələn soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində bir neçə gündür ki, Azərbaycan ərazisində qeyri-sabit, yağışlı və küləkli hava şəraiti müşahidə olunur.
Bunu "Ekologiya Təbii Sərvətlət Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report"a açıqlamasında deyib.
O bildirib ki, ölkənin bəzi yerlərində şimşək çaxıb, arabir yağış yağıb: "Bəzi rayonlarda isə yağıntılar intensiv xarakterli olub. Qərb rayonlarına dolu düşüb. Avqustun 8 günü ərzində 6 gün temperatur iqlim normasından yüksək, iki gün isə iqlim normasından aşağı olub".
Nazirlik rəsmisi deyib ki, qeyri-sabit hava şəraiti bu gün, avqustun 9-u gündüz saatlarına qədər davam edəcək, yağıntılar tədricən kəsiləcək. Avqustun 10-dan başlayaraq, ikinci ongünlüyün ortalarınadək yağmursuz hava şəraitinin müşahidə ediləcəyi gözlənilir. Zəif şərq istiqamətli külək əsəcək: "Havanın temperaturu bugünlərlə müqayisədə tədricən yüksələcək. Eləcə də, Bakıda və Abşeron yarımadasında bu gün mülayim şimal-qərb küləyi müşahidə olunur. Sabahdan paytaxtda da yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun bugünlərlə müqayisədə tədricən yüksələrək 37 dərəcəyə çatacağı gözlənilir".
Xəbər lenti
0