Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev: "Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır"

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər  - Sputnik Azərbaycan, 1920, 09.08.2022
Abunə olmaq
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşüblər.
BAKI, 9 avqust - Sputnik. "Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb, onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil".
Bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.
"Bu dəfə V İslam Həmrəyliyi Oyunlarında siz Azərbaycanı təmsil edəcəksiniz. Əminəm ki, ləyaqətlə təmsil edəcəksiniz. Bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda özlərini təsdiqləyiblər. Bu gün Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Bizim qələbələrimiz olimpiya, dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib", - Prezident vurğulayıb.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər  - Sputnik Azərbaycan, 1920, 09.08.2022
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər
***
"Bu dəfə də əminəm ki, idmançılarımız gözəl nəticə göstərəcəklər. Artıq bir qızıl medalımız var. Komandanı bu münasibətlə təbrik etmək istəyirəm".
Bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.
"Oyunların rəsmi açılış mərasimi bu gündür. Amma artıq oyunlar davam edir. Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl stimul olacaq", - Prezident vurğulayıb.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər  - Sputnik Azərbaycan, 1920, 09.08.2022
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər
Qeyd edək ki, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən atlet Anna Skidan çəkicatma növündə qızıl medal qazanıb.
***
Avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gedib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyəyə işgüzar səfərə gediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyəyə işgüzar səfərə gediblər - Sputnik Azərbaycan, 1920, 09.08.2022
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyəyə işgüzar səfərə gediblər
Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Konya şəhərinin valisi Vahdettin Özkan və digər rəsmi şəxslər qarşılayıblar.
Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.
Xəbər lenti
0