Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ Zelenskini əvəz edəcək adam axtarır

© Handout / UKRAINE PRESIDENCY / AFPUkrayna Prezidenti Volodimir Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski - Sputnik Azərbaycan, 1920, 09.08.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Köşə yazarının qənaətinə görə, Kiyevdə Amerika pulları oğurlanması, Qərb silahlarının yenidən satılması qəribə deyil. Qəribədir odur ki, amerikalılar bu haqda danışırlar, həm də ucadan.
BAKI, 9 avqust — Sputnik. Bu yaxınlara qədər Kiyev rejiminin başçısı özünün xaki köynəyində mütərəqqi medianın kartof kimi bütün dünyada əkdiyi qlobal simvol idi. Onu hətta ikinci Çörçill adlandırırdılar - Britaniya imperiyasının dağılmasına səbəb olan sərxoş içki düşkünü ilə bu müqayisə yalnız müstəmləkə elitasının ən görkəmli nümayəndələrinə verilir.
Və birdən hər şey dəyişdi. Zelenskini bu yaxınlarda onu sevənlər - amerikalı konqresmenlər, jurnalistlər, hətta hüquq müdafiəçiləri də danlamağa və söyməyə başladılar. Birdən məlum oldu ki, Ukraynada heç də hər şey doğru-düzgün deyil.
Solçu elita Azovu* xatırladı. Bəli, deyirlər, Ukraynada belə faşist quldurları var, onların yanında avstriyalı rəssam təzəcə körpədir. Amerika və Avropa "natsik"ləri bu gün təcrübə qazanmaq üçün onların yanına gedirlər. Yaxşı olar ki, ruslar onların hamısını orada denazifikasiya etsinlər.
Bəs, kimsə xilas olarsa? Qayıdıb evdə elə bir soyqırım təşkil edəcək ki, Anders Breyvik paxıllıq edəcək. "Bəlkə Ukrayna faşistlərini belə şişirtməyə dəyməz?" – deyə solçu ziyalılar çəkinərək özlərinə sual verirlər.
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Ukrayna hərbçilərinin Zaporojye AES-i atəşə tutduğunu görüb və bununla bağlı "narahatlığını" bildirib. Yaxşı, buna görə də təşəkkür edirəm. Əvvəllər o, ukrovoyakların ora-bura necə dəhşətli fəlakətlər törətməyə çalışdıqlarını görməməkdən ötrü boş danışmağa üstünlük verirdi.
Əfsanəvi Amnesty İnternational birdən özünü xatırlatdı. Hüquq müdafiəçiləri sensasion hesabatlarında qeyd ediblər ki, Ukrayna yaşayış binalarına, məktəblərə və xəstəxanalara hərbi texnika yerləşdirməklə beynəlxalq hüququ pozur.
Bundan əvvəl də Qərb hüquq müdafiəçiləri Zelenskiyə Ukraynanın dırnaqarası "kişiləri" kimi azlığın hüquqlarını pozduğuna görə canfəşanlıq edirdilər. Bəli, gülməli ifadədir, amma yenə də. Məsələ burasındadır ki, bir ay əvvəl Ukrayna Baş qərargahının rəhbəri general Valeri Zalujnıy ehtiyatda olan hərbçilərə yaşayış yerini tərk etməyi qadağan edən sərəncam verimişdi.
© 112.uaAmnesty International
Amnesty International - Sputnik Azərbaycan, 1920, 08.08.2022
Amnesty International
Təbii ki, həmin anda ukraynalılar kütləvi şəkildə xaricə qaçdılar. Amma uğursuzluğa bax. Sərhədçilər qadınları və uşaqları buraxdılar, kişiləri isə topladılar. Nə möhürlərlə tələsik hazırlanmış sertifikatlar, nə onların sırf dinc şəxsiyyətlərinin göstəriciləri, nə də azlıqları biçmək cəhdləri kömək etmədi.
Ukraynanın qərb sərhədində əsl faciələr yaşandı. Kişilər əziyyət çəkirdilər. Nüfuzlu "Foreign Policy" nəşri amerikalı əri ilə Polşa sərhədini keçməyə cəhd edən belə bir qaçqının kədərli hekayəsini dərc edib.
Ərinə getməyə icazə verildi, amma digər kişiyə, yəni, onun arvadına icazə verilmədi. O, sülhsevər ukraynalı hüquq müdafiəçilərinə şikayət edərək, "Mənim gey olduğuma baxmadılar. Onlar mənim cinsiyyət orqanının olub-olmadığına baxdılar" – dedi.
Bu və buna bənzər hekayələr Zelenskiyə qarşı mülki ukraynalı kişilərin hüquqlarının pozulması kimi ittiham olaraq irəli sürülüb. O, siqnalı tutdu və dərhal Zalujninin əmrini ləğv etdi, lakin sonra yeni bir bədbəxtlik baş verdi.
Zelenskiyə bu dəfə həmyerlisi Viktoriya Kulqeykodan (Spartsla evlidir) zərbə gəlib. Maraqlıdır ki, onun karyerası Zelenskinin özündən az qala daha yaxşı inkişaf edib.
Kulqeyko 1978-ci ildə Ukraynanın Nosovka şəhərində anadan olub. Pioner, əlaçı şagird, məktəbi qızıl medalla bitirib. Bir dəfə Kiyevdən Moskvaya gedən qatarda bir amerikalı ilə tanış olub. 2000-ci ildə onunla evlənib və 2006-cı ildə Amerika vətəndaşı olub. Əla siyasi karyera quran 2020-ci ildə ABŞ Konqresində Respublikaçılardan konqresə seçildi. Heç də pis deyil, doğrudur?
Bu gün Kulqeyko-Spartz konqresmen həmkarlarının gözlərini açır ki, Kiyev onların pullarını oğurlayır və tədarük olunan silahların demək olar ki, hamısını sola satır. O, Zelenskidən "siyasət və teatr oynamağı" dayandırmağı və reallıq uğrunda mübarizəyə başlamasını tələb edir. Yoxsa, bir bax, ukraynalılar kafelərdə oturublar - yox, yox, belə olmaz! Təcili cəbhəyə, ümumi səfərbərlik!
ABŞ daxilində Spartz "Ukraynanın ikinci Əfqanıstana çevrilməsinə imkan verməyəcəyik" mövzusunu gündəmə gətirir. Respublikaçılar bunu necə lazımdır, PR edirlər. Demokratlar tənqid edir, həm də çoxlu sitatlar gətirirlər.
Qəribə o deyil ki, Kiyevdə Amerika pulları oğurlanır, Qərb silahları yenidən satılır. Qəribədir odur ki, amerikalılar bu haqda danışırlar, həm də ucadan. Əfqanıstanla bağlı bu, nəinki illər, onilliklər boyu davam edirdi və heç kimin vecinə deyildi. Əfqanıstanın liderləri bir-birinin ardınca dəyişdirildi və heç kim onların kəsintilərdən və geri çəkilmələrdən kiçik pay almasına mane olmadı. Zelenski daha az şanslı idi.
"Ukrayna prezidentinin Qərb mediasının onu təsvir etdiyi kimi olduğuna qətiyyən əmin deyiləm", – deyə Sky News-un aparıcısı Kori Bernardi deyib: "Qərb mediası Zelenskinin dövründə etnik ruslarla baş verən bütün dəhşətləri gizlədir. O, Ukraynada vətəndaş müharibəsinə son qoyacağına söz vermişdi, amma açıq-aşkar bacarmadı". Təəccüblüdür, elə deyilmi? Nəhayət, yetkinləşdilər?
Xeyr, amerikalı tərəfdaşların hansısa yüksək mənəviyyatına ümid etmək mənasızdır. Qlobal regional komitə sadəcə olaraq Zelenskini əvəz edəcək adam axtarmağa başladı. Sənətkar açıq şəkildə işinin öhdəsindən gəlmir. Bu gün mütərəqqi mediada onun yerini Zelenskiyə zidd gedən həmin o general Zalujnı tutur.
"Ukrayna müqavimətinin ikonu", "əfsanə", "dəmir general" - bu gün Qərbdə Ukrayna Baş Qərargahının rəhbəri Valeri Zalujnı haqqında bu üslubda yazırlar. Ukraynanın "Vogue" nəşri indicə generalla fotosessiya edib. Straights Times nəşri, "Ukraynalı uşaqlar öz oyunlarında onun adından istifadə edirlər" deyir. və mən, hətta jurnalistlərin onun haqqında belə söyləyərkən nəyi nəzərdə tutduqlarını düşünməyə belə qorxuram. Ümumiyyətlə, Qərbdə o, Ukrayna üçün yeni ümid kimi mövqe tutur. Bax o, yəqin ki, ruslara qalib gələcək.
Bir vaxtlar Zelenskini sevən Qərb ekspertləri onun Zalujnıya qısqanclığına belə istehza edirlər. Amma burada məsələ təkcə qamətli bir ziyalının hündürboylu, şişirdilmiş hərbçi dayısına paxıllığında deyil. Hər şey daha pisdir.
Heç kimə sirr deyil ki, Zelenski yerli millətçilər tərəfindən heç vaxt bəyənilməyib. Amma son bir neçə ay ərzində Ukrayna ordusunda da ona nifrət edənlərin sayı xeyli artıb. Zelenski onun əmrini ləğv edəndə, üstəlik, ictimai töhmət verəndə Zalujnının nələr hiss etdiyini təsəvvür etmək çətin deyil.
Yeri gəlmişkən, Çörçilə qayıdaq. Düz altmış il əvvəl Cənubi Vyetnamın müstəmləkə administrasiyasına amerikalıların himayə etdikləri - yaxşı ailədən olan yerli oğlan Nqo Din Zyem rəhbərlik edirdi. Zarafat bir yana, çox ağıllı adam idi. O, amerikalılar tərəfindən "yeni Çörçil" rütbəsinə yüksəldilmiş ilk üçüncü dünya siyasətçisi idi. Demokratların vitse-prezidenti Lindon Conson tərəfindən deyilmiş bu müqayisə hamı tərəfindən bəyənilərək bütün qəzetlərdə yenidən çap olunmuşdu.
ABŞ Cənubi Vyetnamı silahlarla doldurdu və onları Şimali Vyetnama qarşı döyüşməyə məcbur etdi. Lakin Cənubi Vyetnam hərbçiləri Nqo Din Zyemi sevmirdilər. Onu ən çox Zıonq Van Min (Böyük Min) – hündürboylu və idmançı cüssəli general sevmirdi. O, prezidentin korrupsioner olduğunu və hərbi əməliyyatları qəsdən uduzduğunu ehtimal edirdi.
1963-cü ilə yaxın Yeni Çörçill amerikalı ustadlarını nəzərəçarpacaq dərəcədə bezdirmişdi. İndiyə qədər tarixçilər MKİ-nin ona qarşı sui-qəsddə iştirak edib-etmədiyini mübahisə edirlər, lakin iki məqam aydındır: Nqo Din Zyemə qarşı hərbi sui-qəsddən xəbər tutan Amerikanın kəşfiyyat xidmətləri öz mühafizəçilərini ondan uzaqlaşdırdılar. Çevrilişə general Zıonq Van Min rəhbərlik edirdi. 2 noyabr 1963-cü ildə Yeni Çörçill qaçırıldı, zirzəmiyə aparıldı və gicgahından güllələnib öldürüldü. Heç kimin ona elə də yazığı gəlmədi. Lindon Consonun başı öz işlərinə qarışmışdı deyə bu əhvalata doqqət vermədi: cəmi iyirmi gün sonra Kennedi Dallasda güllələndi və Conson ABŞ-ın prezidenti oldu.
Maraqlıdır ki, Böyük Min Vyetnam müharibəsinin bütün təlatümlərindən sağ-salamat keçdi. 1975-ci ildə (növbəti prezident aradan çıxdıqdan sonra) Cənubi Vyetnamın təslim olduğunu elan etdi və işlərini Şimali Vyetnamlı yoldaşlarına təslim etdi. Bundan sonra ona dəyib-dolaşan olmadı və o, quşlar və səhləblər yetişdirdiyi villasında sakitcə yaşayaraq 85 yaşında təbii səbəblərdən dünyasını dəyişdi. 1990-cı illərdə Vyetnam rəhbərliyi hətta ona "Vyetnam Qəhrəmanı" adının verilib-verilməməsini müzakirə edirdi.
Bu hekayəni niyə xatırladığımı bilmirəm. "Qəribə yaxınlaşmalar var..." Bəzən mənə elə gəlir ki, Vladimir Zelenski üçün ən təhlükəsiz nəticə haradasa, Mordoviya müstəmləkəsində uzunmüddətli qalmağı olardı. Orda həvəskar teatr təşkil edərdi, yaşayar, kədərlənməzdi – axı, istedadlı insandır.
* Rusiyada qadağan edilmiş terror təşkilatı.
Xəbər lenti
0