https://sputnik.az/20220808/vazelin---min-bir-derdin-dermani-olan-maddeni-bu-meqsedle-de-istifade-ede-bilersiniz-444768507.html
Vazelin - min bir dərdin dərmanı olan maddəni bu məqsədlə də istifadə edə bilərsiniz
Vazelin - min bir dərdin dərmanı olan maddəni bu məqsədlə də istifadə edə bilərsiniz
Sputnik Azərbaycan
Terapevt əldən super-yapışqanı necə təmizləməyin üsullarından danışıb. 08.08.2022, Sputnik Azərbaycan
2022-08-08T08:03+0400
2022-08-08T08:03+0400
2022-08-08T09:35+0400
cəmiyyət
həkim
məsləhət
vazelin
aseton
yapışqan
https://cdnn1.img.sputnik.az/img/07e6/08/07/444772588_0:160:3073:1889_1920x0_80_0_0_1a32375e2f9d308e929f992378f1362a.jpg
BAKI, 8 avqust — Sputnik. Əgər kiçik ev təmiri işləri zamanı əlləriniz super-yapışqana bulaşıbsa, heç bir halda onu qoparmağa çalışmayın. Bu sözləri həkim-terapevt Oleq Abakumov öz "Telegram2 kanalında yazıb.Onun sözlərinə görə, əlinizə bulaşan super-yapışqandan xilas olmaq üçün dərini qıcıqlandıran vasitələrdən istifadə etmək olmaz."Xalq reseptləri, məsələn, dəriyə aseton vurmaq termal yanığa səbəb ola bilər ki, bu da uzun müddət müalicəyə gətirib çıxaracaq", - deyə həkim bildirib.Onun sözlərinə görə, belə hallarda tez-tez istifadə edilən aseton dəridə allergiyaya və dərinin yanmasına səbəb ola bilər, çünki asetondan istifadə etdikdə onu çox sürtmək lazımdır.Həkim bildirib ki, yapışqanı ən yaxşı yumşaldan maddə hamının tanıdığı vazelindir:"Onu nazik qatla yapışqana bulaşmış hissəyə sürtmək lakin ovuşdurmamaq məsləhətdir".Mütəxəssis onu da qeyd edib ki, ələ bulaşmış yapışqanı yağ və marqarinlə də təmizləmək mümkündür."Əgər dəridə kiçik bir zədə əmələ gəlibsə, onu xlorheksidinlə müalicə etmək və üzərinə plastır yapışdırmaq lazımdır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/07/444772588_171:0:2902:2048_1920x0_80_0_0_1c80218dbc8bea24c1713a0a9c22edb9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həkim, məsləhət, vazelin, aseton, yapışqan
həkim, məsləhət, vazelin, aseton, yapışqan
Vazelin - min bir dərdin dərmanı olan maddəni bu məqsədlə də istifadə edə bilərsiniz
08:03 08.08.2022 (Yenilənib: 09:35 08.08.2022) Terapevt əldən super-yapışqanı necə təmizləməyin üsullarından danışıb.
BAKI, 8 avqust — Sputnik. Əgər kiçik ev təmiri işləri zamanı əlləriniz super-yapışqana bulaşıbsa, heç bir halda onu qoparmağa çalışmayın. Bu sözləri həkim-terapevt Oleq Abakumov öz "Telegram2 kanalında yazıb.
Onun sözlərinə görə, əlinizə bulaşan super-yapışqandan xilas olmaq üçün dərini qıcıqlandıran vasitələrdən istifadə etmək olmaz.
"Xalq reseptləri, məsələn, dəriyə aseton vurmaq termal yanığa səbəb ola bilər ki, bu da uzun müddət müalicəyə gətirib çıxaracaq", - deyə həkim bildirib.
Onun sözlərinə görə, belə hallarda tez-tez istifadə edilən aseton dəridə allergiyaya və dərinin yanmasına səbəb ola bilər, çünki asetondan istifadə etdikdə onu çox sürtmək lazımdır.
Həkim bildirib ki, yapışqanı ən yaxşı yumşaldan maddə hamının tanıdığı vazelindir:
"Onu nazik qatla yapışqana bulaşmış hissəyə sürtmək lakin ovuşdurmamaq məsləhətdir".
Mütəxəssis onu da qeyd edib ki, ələ bulaşmış yapışqanı yağ və marqarinlə də təmizləmək mümkündür.
"Əgər dəridə kiçik bir zədə əmələ gəlibsə, onu xlorheksidinlə müalicə etmək və üzərinə plastır yapışdırmaq lazımdır".