Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Özünü hərbçi kimi təqdim edən qadın kim imiş? - Nazirlikdən açıqlama

© AR Ministry of DefenseAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 08.08.2022
Abunə olmaq
Müdafiə Nazirliyidən bildirilib ki, sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq təqdim edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur.
BAKI, 8 avqust — Sputnik. Müdafiə Nazirliyi sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı məlumat yayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə "Gülər Məmmədova" adı altında "hərbi226" hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur.
Xatırladaq ki, Müdafiə Nazirliyinin bir neçə gün əvvəl yaydığı məlumata görə, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Süleymanzadə Seymur Əmrah oğlu Abdullayeva Afət İzariyyə qızının xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.
Adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.
Xəbər lenti
0