https://sputnik.az/20220808/neft-bazari-deyiskenlik-gosterir-444786076.html
Neft bazarı dəyişkənlik göstərir
Neft bazarı dəyişkənlik göstərir
Sputnik Azərbaycan
Qara qızıla tələbin aşağı düşəcəyi proqnozları qiymətlərə mənfi təsir göstərib. 08.08.2022, Sputnik Azərbaycan
2022-08-08T12:44+0400
2022-08-08T12:44+0400
2022-08-08T15:15+0400
neft
neft-qaz
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426299004_0:0:3071:1728_1920x0_80_0_0_45fd4804537e9d91db9b7e551ec5d65c.jpg
BAKI, 8 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri cüzi bahalaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,76 dollar artaraq 95,68 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,62 dollar bahalaşaraq 89,63 dollar olub.Neftə tələbin aşağı düşəcəyi proqnozları qiymətlərə mənfi təsir göstərib. Bununla bağlı olaraq qiymətlərdə dəyişkənlik baş verib.Azərbaycan neftinin qiyməti 10 dollara yaxın ucuzlaşıbÖtən həftə Azərbaycan neftinin 1 barelinin orta qiyməti 101,5 ABŞ dollarına bərabər olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 9,8 dollar və ya 8,81% azdır.Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasında gündəlik neft hasilatının sentyabrda 100 min barel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.Sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barelə çatdırılması nəzərdə tutulur.OPEC+ ölkələri nazirlərinin 32-ci iclasının 5 sentyabr tarixində keçirilməsi razılaşdırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426299004_221:0:2952:2048_1920x0_80_0_0_e35f1fe860d5220fab64806e29084ec5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət
Neft bazarı dəyişkənlik göstərir
12:44 08.08.2022 (Yenilənib: 15:15 08.08.2022) Qara qızıla tələbin aşağı düşəcəyi proqnozları qiymətlərə mənfi təsir göstərib.
BAKI, 8 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri cüzi bahalaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,76 dollar artaraq 95,68 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,62 dollar bahalaşaraq 89,63 dollar olub.
Neftə tələbin aşağı düşəcəyi proqnozları qiymətlərə mənfi təsir göstərib. Bununla bağlı olaraq qiymətlərdə dəyişkənlik baş verib.
Azərbaycan neftinin qiyməti 10 dollara yaxın ucuzlaşıb
Ötən həftə Azərbaycan neftinin 1 barelinin orta qiyməti 101,5 ABŞ dollarına bərabər olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 9,8 dollar və ya 8,81% azdır.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasında gündəlik neft hasilatının sentyabrda 100 min barel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.
Sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barelə çatdırılması nəzərdə tutulur.
OPEC+ ölkələri nazirlərinin 32-ci iclasının 5 sentyabr tarixində keçirilməsi razılaşdırılıb.