DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kubada ildırımın vurduğu neft anbarında yenidən partlayış baş verib

© AP Photo / Ramon EspinosaKubanın Matansas əyalətində yanan anbar
Kubanın Matansas əyalətində yanan anbar - Sputnik Azərbaycan, 1920, 08.08.2022
Abunə olmaq
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi və müvafiq xidmətlər neft anbarında baş vermiş yanğınla bağlı mümkün tədbirləri əlaqələndirmək üçün Kuba ilə daimi əlaqə saxlayır.
BAKI, 8 avqust — Sputnik. Kubanın Matansas əyalətində ildırım vurması nəticəsində yanan neft anbarında daha bir partlayış baş verib. Məlumata görə, hadisə yerli vaxtla 23:30-da (Bakı vaxtı ilə 07:30) qeydə alınıb.
Ümumilikdə neft anbarında indiyədək səkkiz rezervuardan ikisi məhv olub.
Dünən yanğının başladığı yanacaq rezervuarın söndürüldüyü bildirilmişdi.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi və müvafiq xidmətlər neft anbarında baş vermiş yanğınla bağlı mümkün tədbirləri əlaqələndirmək üçün Kuba ilə daimi əlaqə saxlayır. Bu barədə bazar günü Rusiya XİN saytında yerləşdirilən məlumatda deyilir.
Cümə günü axşam saatlarında Kubanın Matanzas əyalətinin limanındakı neft anbarında təxminən 25 min kubmetr neft olan çənin günbəzinə ildırım düşməsindən sonra güclü yanğın başlayıb.
Yanğınsöndürmə briqadalarının aramsız işləməsinə baxmayaraq, alov qonşu çənə keçib, silsilə partlayışlar baş verib.
Hadisə nəticəsində on yeddi nəfər itkin düşmüş hesab olunur. Yanğının söndürülməsinə kömək etmək üçün Kubaya təyyarələr və helikopterlər, habelə Meksika və Venesueladan mütəxəssislər gəlib.
Neft bazasında yanğın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.08.2022
RUSİYA
Neft anbarında yanğının söndürülməsinə kömək etmək üçün Kuba ilə əlaqədəyik - Rusiya XİN
Xəbər lenti
0