CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyada anoloqu olmayan Alban məbədi məhv olmaq üzrədir! - Tarixçi KİV-lərə müraciət etdi

© Sputnik / Shahperi AbbasovaYeddi kilsə monastır kompleksi
Yeddi kilsə monastır kompleksi  - Sputnik Azərbaycan, 1920, 08.08.2022
Abunə olmaq
Alim həmin monastırın olduğu yerdə daha əvvəlki dinlərlə bağlı məbədlərin olduğunu, əski inanclardan ayrıla bilməyən insanları yeni dinə yönəltməyin yolunun məhz burada məbədin inşa edilməsi olduğunu ehtimal edir.
BAKI, 8 avqust — Sputnik. Azərbaycanın şimal-qərb bölgəsini tam mübağiləsiz məbədlər diyarı adlandıra bilərik. Qədim yunan tarixçisi və coğrafiyaçısı Strabon da, məhz bu fikirdə idi. Belə ki, o, Albaniyanın şimal-qərbini dünyada ən çox məbədi olan yer, başqa sözlə desək, məbədlər diyarı adlandırıb. Həmin abidələr eyni zamanda bizim milli kimliyimizi dünyaya göstərən ən böyük mənbədir.
© Sputnik / Shahperi AbbasovaYeddi kilsə monastır kompleksi
Yeddi kilsə monastır kompleksi  - Sputnik Azərbaycan, 1920, 07.08.2022
Yeddi kilsə monastır kompleksi
Bu dəfə haqqında söhbət açacağımız tarixi məbəd Qax rayonunun Ləkit Kötüklü kəndi ərazisində, indi xalq arasında "Yeddi kilsə" adı ilə məşhur olan Alban monastır kompleksidir.
Həmin məbəd uzun müddət Alban kilsəsi yepiskopluğunun mərkəzi olub. İyirmi ildən artıq şimal-qərb bölgəsinin, xüsusi ilə Balakən, Zaqatala və Qaxın tarixini tədqiq edən, Milli Elmlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli abidənin tarixindən, bugünkü vəziyyətindən bəhs edib.
© Sputnik / Shahperi AbbasovaTarixçi alim Akif Məmmədli
Tarixçi alim Akif Məmmədli  - Sputnik Azərbaycan, 1920, 07.08.2022
Tarixçi alim Akif Məmmədli
A.Məmmədli bildirir ki, bu, Qafqaz tarixində çox böyük rolu olan abidədir. Bu abidənin tarixi mənbələrdə də adı keçir. Belə ki, burada bütöv bir şəhər mədəniyyətini xatırladan çoxsaylı abidələr var: Kilsə binası, ayrı-ayrı ibadət yerləri, o cümlədən də təsərüffat binaları mövcuddur. Məbədin şimal hissəsində isə yerləşən yeraltı anbarları var:

"Bu abidə tarixin elə bir nadir incisidir ki, onu lazımınca turistlərə təqdim edə bilsək, həm də ölkə üçün turist axını təmin edə bilərik. Abidəyə gedən yolun sonuncu hissəsi keçilməzdir. Turistlərin ora avtobusla gəlməsi çox çətindir. Yol infrastrukturunun qurulmaması, abidənin bərpa olunmaması, anoloqu olmayan abidənin tanınmasına mane olur".

© Sputnik / Shahperi AbbasovaYeddi kilsə monastır kompleksi
Yeddi kilsə monastır kompleksi  - Sputnik Azərbaycan, 1920, 07.08.2022
Yeddi kilsə monastır kompleksi
Tarixçi onu da əlavə edib ki, acınacaqlı olan abidəyə gedən yolda, abidənin ətrafında məbəd haqqında heç bir məlumatın olmamasıdır:

"Kənd sakinlərinin əksəriyyətinin nə bu məbədddən, nə də onun yerləşdiyi ərazidən xəbəri var. Biz yaz aylarında AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşları ilə orada olduq. Vəziyyət eyni idi. Abidənin üzərində bir lövhə var, o da çox bərbad durumdadır. O məlumat lövhəsi ən azı 3 dildə olmaldır. Əminliklə deyə bilərəm ki, bu tipli abidə başqa bir ölkədə olsa idi, KİV-lər, dövlət strukturları bu abidənin tanıması üçün əllərindən gələni əsirgəməzdilər".

© Sputnik / Shahperi AbbasovaYeddi kilsə monastır kompleksi
Yeddi kilsə monastır kompleksi  - Sputnik Azərbaycan, 1920, 07.08.2022
Yeddi kilsə monastır kompleksi
A.Məmmədlinin sözlərinə görə, bəzi mənbələrə görə, yunan coğrafiyaşünası Strabon Azərbaycanın şimal-qərb böləsində olan zaman qeyd edib ki, bu ərazilər xristianlıqdan öncə də çoxlu məbədləri olan bölgə kimi tanınırdı.
Böyük ehtimal ki, həmin monastırın olduğu yerdə daha öncəki dinlərlə bağlı məbədlər olub. Sonradan o məbədlərin üzərində xristian məbədi tikilib:
"Əski inanclardan ayrıla bilməyən insanları yeni inanclara yönəltməyin yolu məhz burada məbədin inşa edilməsi olub. Bildiyiniz kimi, V-VII əsrlər Alban tarixində xristinalığın çox geniş yayıldığı, xristian məbədlərinin geniş vüsət aldığı dövrdür. Təəssüf hissi ilə qeyd edim ki, Ləkit kəndinin içərisində dünyaca məşhur olan, dünyada anoloqu olmayan dairəvi məbəd də var ki, məbədin üzərində itib batmaqda olan lövhə var. Məbədin içərisində nəhəng sütunlu salonlarla müşayət olunur. Məlum olur ki, orada bir neçə yarus (tamaşa salonunda lojaların yerləşdiyi mərtəbələrdən hər biri) olub. Bu dairəvi məbədin yaxınlığında erkən orta əsrlərə aid olan hamam kompleksi bütöv bir şəhər memarlığı görünməkdədir. Hektarlarla olan ərazidə sanki qədim Romaya, Afinaya girdiyimiz tağlı qapılarla müşayət olunan nəhəng giriş qapısı, qala divarları görünməkdədir".
Tarixçi KİV-ə müraciət edib:

"Mən çox istəyərdim ki, bu məsələni bütün KİV-lər işıqlandırsın. Bu təkcə Qaxın, Azərbaycanın, Qafqazın deyil, bütün dünya xalqlarının mədəni irsidir ki, biz onu dünyaya qaytarmalıyıq, dünyaya yenidən təqdim etməliyik".

© Sputnik / Shahperi AbbasovaYeddi kilsə monastır kompleksi
Yeddi kilsə monastır kompleksi  - Sputnik Azərbaycan, 1920, 07.08.2022
Yeddi kilsə monastır kompleksi
Dünyada anoloqu olmayan abidə nə zaman restavrasiya olunacaq?
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, adıçəkilən məbəd Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş dünya əhəmiyyətli tarix memarlıq abidələrinin siyahısına daxil edilib. Məbəd həmçinin restavrasiyası nəzərdə tutulan məbədlərin investisiya siyahısına daxil edilib. İnvestisiya siyahısına daxil edilən abidələr mərhələli şəkildə bərpa olunacaq.
Xəbər lenti
0