https://sputnik.az/20220808/cin-xn-numayendesi-azerbaycan-ermenistan-arasindaki-gerginliye-munasibet-bildirib-444806928.html
Çin XİN nümayəndəsi Azərbaycan-Ermənistan arasındakı gərginliyə münasibət bildirib
Çin XİN nümayəndəsi Azərbaycan-Ermənistan arasındakı gərginliyə münasibət bildirib
Sputnik Azərbaycan
Diplomat hər iki tərəfin atəşkəslə bağlı əldə edilmiş razılaşmalara əməl edəcəyinə ümidvar olduğunu deyib. 08.08.2022, Sputnik Azərbaycan
2022-08-08T17:30+0400
2022-08-08T17:30+0400
2022-08-08T17:30+0400
çin
dünya xəbərləri
azərbaycan
ermənistan
əməkdaşlıq
https://cdnn1.img.sputnik.az/img/42114/29/421142990_0:0:3054:1719_1920x0_80_0_0_b3cc8daf3492748380ed19b747b43b7a.jpg
BAKI, 8 avqust — Sputnik. Çin ümid edir ki, Azərbaycan və Ermənistan aralarındakı fikir ayrılıqlarını siyasi dialoq yolu ilə həll edəcəklər və həmçinin əldə olunmuş atəşkəs razılaşmalarına əməl edəcəklər. Bunu Çin xarici işlər nazirinin nümayəndəsi Van Venbin bildirib."Biz müvafiq hesabatları nəzərə almışıq. Azərbaycan və Ermənistan Çinin əməkdaşlıq tərəfdaşlarıdır. Ümid edirik ki, hər iki tərəf atəşkəslə bağlı əldə edilmiş razılaşmalara əməl edəcək və vəziyyətin daha da gərginləşməsinə yol verməyəcək, ziddiyyətləri və fikir ayrılıqlarını siyasi dialoq vasitəsilə aradan qaldıra biləcək", - deyə diplomat bildirib.Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib.Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib.Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42114/29/421142990_323:0:3054:2048_1920x0_80_0_0_6636981b5ba5d1d7f40c5fd621a85bd3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
çin, azərbaycan, ermənistan, əməkdaşlıq
çin, azərbaycan, ermənistan, əməkdaşlıq
Çin XİN nümayəndəsi Azərbaycan-Ermənistan arasındakı gərginliyə münasibət bildirib
Diplomat hər iki tərəfin atəşkəslə bağlı əldə edilmiş razılaşmalara əməl edəcəyinə ümidvar olduğunu deyib.
BAKI, 8 avqust — Sputnik. Çin ümid edir ki, Azərbaycan və Ermənistan aralarındakı fikir ayrılıqlarını siyasi dialoq yolu ilə həll edəcəklər və həmçinin əldə olunmuş atəşkəs razılaşmalarına əməl edəcəklər. Bunu Çin xarici işlər nazirinin nümayəndəsi Van Venbin bildirib.
"Biz müvafiq hesabatları nəzərə almışıq. Azərbaycan və Ermənistan Çinin əməkdaşlıq tərəfdaşlarıdır. Ümid edirik ki, hər iki tərəf atəşkəslə bağlı əldə edilmiş razılaşmalara əməl edəcək və vəziyyətin daha da gərginləşməsinə yol verməyəcək, ziddiyyətləri və fikir ayrılıqlarını siyasi dialoq vasitəsilə aradan qaldıra biləcək", - deyə diplomat bildirib.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib.
Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.
Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib.
Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.