https://sputnik.az/20220808/cin-tayvan-adasi-etrafinda-novbeti-herbi-telim-elan-edib-444785497.html
Çin Tayvan adası ətrafında növbəti hərbi təlim elan edib
Çin Tayvan adası ətrafında növbəti hərbi təlim elan edib
Sputnik Azərbaycan
Təlim Çin silahlı qüvvələrinin avqustun 4-dən 7-dək Tayvan adası ətrafındakı altı ərazidə keçirdiyi genişmiqyaslı təlimin bitməsindən bir gün sonra elan... 08.08.2022, Sputnik Azərbaycan
2022-08-08T10:51+0400
2022-08-08T10:51+0400
2022-08-08T11:10+0400
çin
dünya xəbərləri
tayvan
təlim
https://cdnn1.img.sputnik.az/img/07e6/08/02/444631346_0:160:3072:1888_1920x0_80_0_0_b492a78cfbf9ddde0a217534b7c2a326.jpg
BAKI, 8 avqust — Sputnik. Çin Xalq Azadlıq Ordusunun Şərq Döyüş Komandanlığı Tayvan adası ətrafındakı dənizdə və hava məkanında növbəti hərbi təlim elan edib. Bu barədə "İnterfax" məlumat yayıb.Qeyd edilib ki, bu təlimlər çərçivəsində sualtı qayıqlara qarşı mübarizə və dəniz hücum əməliyyatları hazırlanır.Təlim Çin silahlı qüvvələrinin avqustun 4-dən 7-dək Tayvan adası ətrafındakı altı ərazidə keçirdiyi genişmiqyaslı təlimin bitməsindən bir gün sonra elan edilib."Bəzi analitiklər hesab edir ki, Tayvan adası ətrafında keçirilən təlimlər zamanı bütün dəniz və hava blokadası prosesi və böyük adalara nəzarət kampaniyası tam sınaqdan keçirilib", – deyə Çinin "Huantsiu Şibao" nəşrində bildirilib.Məqalədə qeyd olunur ki, adanın yaxınlığında keçirilən hazırkı təlim zamanı Çin Xalq Azadlıq Ordusunun ballistik raketləri ilk dəfə adanın üzərindən uçub, donanma və hava qüvvələri Tayvan ətrafında sərbəst hərəkət edib.Tayvan adası 1895-ci ildən 1945-ci ilədək Yaponiya imperiyasının tərkibində olmuş və bir neçə prefekturaya (Tayxoku, Sintiku, Taytyu, Taynan, Tarenko, Tayto, Xoko) bölünüb. İkinci Dünya müharibəsində (1939-1945) Yaponiyanın məğlubiyyətindən sonra ada Çin Respublikasının tərkibinə daxil edilib.Qeyd edək ki, bundan öncə Çin-Tayvan münasibətlərinin pik həddə kəskinləşdiyi tarix 1996-ci ildə Tayvanda baş verən prezident seçkiləri zamanı olmuşdu. III Tayvan boğazı böhranı kimi tarixə düşmüş insident, ABŞ hərbi donanmasına aid gəmilərin Tayvan boğazına yaxınlaşmasıyla sonlanmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/02/444631346_171:0:2902:2048_1920x0_80_0_0_6828b0c115eb79f52223a762a5d2c812.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
çin, tayvan, təlim
Çin Tayvan adası ətrafında növbəti hərbi təlim elan edib
10:51 08.08.2022 (Yenilənib: 11:10 08.08.2022) Təlim Çin silahlı qüvvələrinin avqustun 4-dən 7-dək Tayvan adası ətrafındakı altı ərazidə keçirdiyi genişmiqyaslı təlimin bitməsindən bir gün sonra elan edilib.
BAKI, 8 avqust — Sputnik. Çin Xalq Azadlıq Ordusunun Şərq Döyüş Komandanlığı Tayvan adası ətrafındakı dənizdə və hava məkanında növbəti hərbi təlim elan edib. Bu barədə "İnterfax" məlumat yayıb.
Qeyd edilib ki, bu təlimlər çərçivəsində sualtı qayıqlara qarşı mübarizə və dəniz hücum əməliyyatları hazırlanır.
Təlim Çin silahlı qüvvələrinin avqustun 4-dən 7-dək Tayvan adası ətrafındakı altı ərazidə keçirdiyi genişmiqyaslı təlimin bitməsindən bir gün sonra elan edilib.
"Bəzi analitiklər hesab edir ki, Tayvan adası ətrafında keçirilən təlimlər zamanı bütün dəniz və hava blokadası prosesi və böyük adalara nəzarət kampaniyası tam sınaqdan keçirilib", – deyə Çinin "Huantsiu Şibao" nəşrində bildirilib.
Məqalədə qeyd olunur ki, adanın yaxınlığında keçirilən hazırkı təlim zamanı Çin Xalq Azadlıq Ordusunun ballistik raketləri ilk dəfə adanın üzərindən uçub, donanma və hava qüvvələri Tayvan ətrafında sərbəst hərəkət edib.
Tayvan adası 1895-ci ildən 1945-ci ilədək Yaponiya imperiyasının tərkibində olmuş və bir neçə prefekturaya (Tayxoku, Sintiku, Taytyu, Taynan, Tarenko, Tayto, Xoko) bölünüb. İkinci Dünya müharibəsində (1939-1945) Yaponiyanın məğlubiyyətindən sonra ada Çin Respublikasının tərkibinə daxil edilib.
Qeyd edək ki, bundan öncə Çin-Tayvan münasibətlərinin pik həddə kəskinləşdiyi tarix 1996-ci ildə Tayvanda baş verən prezident seçkiləri zamanı olmuşdu. III Tayvan boğazı böhranı kimi tarixə düşmüş insident, ABŞ hərbi donanmasına aid gəmilərin Tayvan boğazına yaxınlaşmasıyla sonlanmışdı.