https://sputnik.az/20220808/beynelxalq-huquqa-riayet-olunmada-zeiflikler-beynelxalq-sisteme-etimadi-sarsidir---nazir-444816431.html
Beynəlxalq hüquqa riayət olunmada zəifliklər beynəlxalq sistemə etimadı sarsıdır - Nazir
Beynəlxalq hüquqa riayət olunmada zəifliklər beynəlxalq sistemə etimadı sarsıdır - Nazir
Sputnik Azərbaycan
BAKI, 8 avqust - Sputnik. “Təəssüflə qeyd edim ki, son illər beynəlxalq hüquq və normaların icraatında ciddi çatışmazlıqlar var". Bunu Ankarada XIII Səfirlər... 08.08.2022, Sputnik Azərbaycan
2022-08-08T20:29+0400
2022-08-08T20:29+0400
2022-08-08T20:29+0400
azərbaycan xəbərləri
ceyhun bayramov
türkiyə
səfir
konfrans
təhdid
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444153746_0:0:3071:1727_1920x0_80_0_0_28cf91f487d92ef058883ccd920a5ec4.jpg
BAKI, 8 avqust - Sputnik. “Təəssüflə qeyd edim ki, son illər beynəlxalq hüquq və normaların icraatında ciddi çatışmazlıqlar var". Bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. "Beynəlxalq hüquq və normalara, qəbul edilən qərarlara zidd olaraq, 30 il əraziləri işğal altında olan dövlətin təmsilçisi kimi deyə bilərəm ki, beynəlxalq hüquqa riayət olunmada zəifliklər mövcud beynəlxalq sistemə etimadı sarsıdan birinci və ən əsas amildir”, - deyə nazir bildirib.Onun sözlərinə görə, soyuq müharibədən sonra qloballaşma tendensiyası müsbət proseslərlərlə yanaşı təhdid konsepsiyasını yenidən şəkilləndirərək, genişlətmiş və şaxələndirib:"Təhdid termini dövlətlərarası münaqişələrlə məhdudlaşmayaraq, beynəlxalq sərhədləri tanımayaraq, transmilli və beynəlxalq təhdidləri də özündə əks etdirir".“Hər kəsə aydındır ki, artıq heç bir dövlət ənənəvi yeni növ təhdidlərlə tək başına mübarizə aparmaq iqtidarında deyil. Təsadüfi deyil ki, beynəlxalq münasibətlərin təməlini təşkil edən ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birilərinin daxili işlərinə qarışmamaq və digər prinsiplərə bütün ölkələr tərəfinfən eyni məsuliyyətlə yanaşılsaydın bu gün bir çox münaqişə və ədalətsizliklərin qarşısı alınardı”, - deyə o bildirib.Nazir həmçinin qeyd edib ki, Türkiyənin Azərbaycanı İkinci Qarabağ müharibəsində dəstəkələməsi onun doğru və haqqın yanında durduğunun təzahürü idi.Onun sözlərinə görə, iki ölkənin hələ gedəcək yolu, nail olacağı məqsədləri var:"Xarici siyasət və diplomatiya sahəsində Azərbaycanla Türkiyə Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyimləri əsasında inkişaf edir".(APA-nın materialları əsasında)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444153746_170:0:2901:2048_1920x0_80_0_0_78e758522039de87a27fb7377876ba4f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, türkiyə, səfir, konfrans, təhdid
ceyhun bayramov, türkiyə, səfir, konfrans, təhdid
BAKI, 8 avqust - Sputnik. “Təəssüflə qeyd edim ki, son illər beynəlxalq hüquq və normaların icraatında ciddi çatışmazlıqlar var". Bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Beynəlxalq hüquq və normalara, qəbul edilən qərarlara zidd olaraq, 30 il əraziləri işğal altında olan dövlətin təmsilçisi kimi deyə bilərəm ki, beynəlxalq hüquqa riayət olunmada zəifliklər mövcud beynəlxalq sistemə etimadı sarsıdan birinci və ən əsas amildir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, soyuq müharibədən sonra qloballaşma tendensiyası müsbət proseslərlərlə yanaşı təhdid konsepsiyasını yenidən şəkilləndirərək, genişlətmiş və şaxələndirib:
"Təhdid termini dövlətlərarası münaqişələrlə məhdudlaşmayaraq, beynəlxalq sərhədləri tanımayaraq, transmilli və beynəlxalq təhdidləri də özündə əks etdirir".
“Hər kəsə aydındır ki, artıq heç bir dövlət ənənəvi yeni növ təhdidlərlə tək başına mübarizə aparmaq iqtidarında deyil. Təsadüfi deyil ki, beynəlxalq münasibətlərin təməlini təşkil edən ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birilərinin daxili işlərinə qarışmamaq və digər prinsiplərə bütün ölkələr tərəfinfən eyni məsuliyyətlə yanaşılsaydın bu gün bir çox münaqişə və ədalətsizliklərin qarşısı alınardı”, - deyə o bildirib.
Nazir həmçinin qeyd edib ki, Türkiyənin Azərbaycanı İkinci Qarabağ müharibəsində dəstəkələməsi onun doğru və haqqın yanında durduğunun təzahürü idi.
Onun sözlərinə görə, iki ölkənin hələ gedəcək yolu, nail olacağı məqsədləri var:
"Xarici siyasət və diplomatiya sahəsində Azərbaycanla Türkiyə Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyimləri əsasında inkişaf edir".
(APA-nın materialları əsasında)