https://sputnik.az/20220808/azerbaycan-ve-yaponiya-mutexessisleri-damcili-magarasini-birlikde-tedqiq-edecekler-444791997.html
Azərbaycan və Yaponiya mütəxəssisləri "Damcılı" mağarasını birlikdə tədqiq edəcəklər
Azərbaycan və Yaponiya mütəxəssisləri "Damcılı" mağarasını birlikdə tədqiq edəcəklər
Sputnik Azərbaycan
Pandemiya səbəbindən qazıntı işlərinə fasilə verilsə də, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə bu il qazıntı işlərinə... 08.08.2022, Sputnik Azərbaycan
2022-08-08T13:51+0400
2022-08-08T13:51+0400
2022-08-08T13:51+0400
yaponiya
cəmiyyət
azərbaycan
qoruq
https://cdnn1.img.sputnik.az/img/07e6/08/08/444791842_0:54:801:504_1920x0_80_0_0_06a7c9e5971ba0fd45280580f5ef648c.jpg
BAKI, 8 avqust — Sputnik. Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən "Avey" Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində yerləşən dünya əhəmiyyətli "Damcılı mağara düşərgəsi"ndə elmi-tədqiqat işləri aparmaq məqsədilə 2015-ci ilin yayında "Avey" Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnsitutu, Yaponiyanın Tokio Universitetinin Muzeyi arasında beynəlxalq memorandum imzalanıb.Bu barədə Dövlət Xidmətindən məlumat verilib.Bildirilib ki, 2020-2021-ci illərdə Pandemiya səbəbindən qazıntı işlərinə fasilə verilsə də, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə bu il qazıntı işlərinə yenidən başlanılıb.Hazırda ərazidə yerli və yaponiyalı axeoloqlar birgə elmi-tədqiqat işləri aparır. Beynəlxalq ekspedisiyanın məqsədi Qafqazda neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etmək və ərazinin qədim insan məskəni olduğunu bir daha təsdiqləməkdir.Mağarada tədqiqat işləri nə vaxt başlayıb?1953-cü ildə professor S.N.Zamyatinin rəhbərliyi ilə Qazax rayonun Daş Salahlı kəndi ərazisində Avey dağındakı mağaralarda Azərbaycanda daş dövrünün öyrənilməsi ilə əlaqədar kəşfiyyat xarakterli tədqiqat işləri aparılıb.Sonralar Azərbaycan ərazisində daş dövrünün ilk elmi tədqiqi 1956-cı ildə M.M.Hüseynov tərəfindən başlanıb. Keçən müddətdə bu ərazidə daş dövrünün ayrı-ayrı mərhələlərinə, xüsusən paleolit və mezolit dövrlərinə aid bir sıra qiymətli abidələr üzə çıxarılmış və öyrənilib.1956-58-ci illərdə aparılan arxeoloji qazıntılar nəticəsində mağaralardan, qarışıq təbəqələrdən 8 mindən artıq daş kəsici alət, müxtəlif heyvanlara aid sümüklər, kül izləri tapılıb.Avey dağının Damcılı mağarasında əldə olunan Daş dövrü yadigarları forma və müqayisəsinə görə alt poleolit, üst poleolit, mezolit və neolit dövrlərini əhatə edir.Azərbaycan ərazisində Qobustandan sonra ilk dəfə Damcılı düşərgəsində toxunulmamış mezolit təbəqəsi qeydə alınıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/08/444791842_28:0:771:557_1920x0_80_0_0_9026ca6850b214225ca05d69d3ed0f82.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yaponiya, azərbaycan, qoruq
yaponiya, azərbaycan, qoruq
Azərbaycan və Yaponiya mütəxəssisləri "Damcılı" mağarasını birlikdə tədqiq edəcəklər
Pandemiya səbəbindən qazıntı işlərinə fasilə verilsə də, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə bu il qazıntı işlərinə yenidən başlanılıb.
BAKI, 8 avqust — Sputnik. Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən "Avey" Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində yerləşən dünya əhəmiyyətli "Damcılı mağara düşərgəsi"ndə elmi-tədqiqat işləri aparmaq məqsədilə 2015-ci ilin yayında "Avey" Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnsitutu, Yaponiyanın Tokio Universitetinin Muzeyi arasında beynəlxalq memorandum imzalanıb.
Bu barədə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, 2020-2021-ci illərdə Pandemiya səbəbindən qazıntı işlərinə fasilə verilsə də, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə bu il qazıntı işlərinə yenidən başlanılıb.
Hazırda ərazidə yerli və yaponiyalı axeoloqlar birgə elmi-tədqiqat işləri aparır. Beynəlxalq ekspedisiyanın məqsədi Qafqazda neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etmək və ərazinin qədim insan məskəni olduğunu bir daha təsdiqləməkdir.
Mağarada tədqiqat işləri nə vaxt başlayıb?
1953-cü ildə professor S.N.Zamyatinin rəhbərliyi ilə Qazax rayonun Daş Salahlı kəndi ərazisində Avey dağındakı mağaralarda Azərbaycanda daş dövrünün öyrənilməsi ilə əlaqədar kəşfiyyat xarakterli tədqiqat işləri aparılıb.
Sonralar Azərbaycan ərazisində daş dövrünün ilk elmi tədqiqi 1956-cı ildə M.M.Hüseynov tərəfindən başlanıb. Keçən müddətdə bu ərazidə daş dövrünün ayrı-ayrı mərhələlərinə, xüsusən paleolit və mezolit dövrlərinə aid bir sıra qiymətli abidələr üzə çıxarılmış və öyrənilib.
1956-58-ci illərdə aparılan arxeoloji qazıntılar nəticəsində mağaralardan, qarışıq təbəqələrdən 8 mindən artıq daş kəsici alət, müxtəlif heyvanlara aid sümüklər, kül izləri tapılıb.
Avey dağının Damcılı mağarasında əldə olunan Daş dövrü yadigarları forma və müqayisəsinə görə alt poleolit, üst poleolit, mezolit və neolit dövrlərini əhatə edir.
Azərbaycan ərazisində Qobustandan sonra ilk dəfə Damcılı düşərgəsində toxunulmamış mezolit təbəqəsi qeydə alınıb.